17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Tovuzda gənclər formu keçirildi
Siyasət / Sosial 22.11.2022 187

2022-ci il üçün “Gənclər paytaxtı” seçilmiş Tovuz rayonunda gənclərin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatda fəal iştirakını təmin edən, onların intellektual və yaradıcılıq potensialını artıracaq tədbirlər həyata keçirilir. Gənclər və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi və Gənclər Fondunun birgə təşkilatçılığı ilə bu gün Tovuz şəhərində keçirilən Gənc Sahibkarların III Forumu belə tədbirlərdən biridir. Forumun keçirilməsində məqsəd gənclər arasında sahibkarlıq fəaliyyətinin təşviqi, mövcud dövlət dəstəyi mexanizmləri barədə onların məlumatlandırılması, yeni imkanlar və çağırışlar barədə fikir və təkliflərinin öyrənilməsi olub.

 
III Forumda Tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Tovuz rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, Gənclər Fondunun İcraçı direktoru Fərid Cəfərov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev çıxış ediblər.
 
Forumun rəsmi açılış mərasimindən sonra müxtəli mövzularda panel müzakirələr və uğur qazanmış gənclər çıxış ediblər. Əsas başlığı “Gənc sahibkarlara dövlət dəstəyi: imkanlar və çağırışlar” mövzusunda olan panel müzakirələrdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, Sahibkarlığın İnkişafı Fondu, Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsi və Dövlət Vergi Xidmətinin məsul əməkdaşları öz qurumlarının gənc sahibkarlarla bağlı həyata keçirdiyi işlər və sahibkarlara dövlət dəstəyi mexanziçləri barədə iştirakçılarla birgə müzakirələr aparıblar.
 
Forum TEDx formatında “Maliyyə sektorunun gələcəyini texnologiya necə dəyişəcək”, “Sadə idarəetmə” mövzusunda təqdimatlarla davam edib.






Starxeber Bizi instagramda izləyin