17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
XİN Paşinyanın Zəngəzur dəhlizi ilə bağlı əsassız iddialarına cavab verib
Sosial 11.11.2022 160

Zəngəzur dəhlizi ilə bağlı Ermənistan baş nazirinin üçtərəfli bəyanatın məlum müddəasının tamamilə yalnış təfsirinə və əsassız iddialarına gəldikdə qeyd edirik ki, Zəngəzur dəhlizi dedikdə Azərbaycan və ölkəmizin Naxçıvan Muxtar Respubkikası arasında məhz tarixi əlaqənin bərpasından söhbət gedir və bu, sözügedən dəhlizin sülh və humanitar məqsədlər üçün istifadəsini nəzərdə tutur.


Operativ24-ün xəbərinə görə, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə bildirib.

“Üçtərəfli bəyanata görə Ermənistanın Azərbaycanın qərb rayonları ilə Naxçıcan arasında maneəsiz əlaqəni açmaq öhdəliyi var. Burada söhbət eynilə Laçın dəhlizində olduğu kimi yolun hərbi deyil, yalnız insanlar, yük və nəqliyyat üçün istifadəsindən gedir. Bu əlaqənin təmin olunmasının iqtisadi və kommunikasiya baxımından əhəmiyyəti ilə yanaşı, onun humanitar əhəmiyyəti, bölgədə ənənəvi coğrafi əlaqənin bərpa olunması, beləliklə də bölgədə dayanıqlı sülhün təmin olunması üçün əhəmiyyəti danılmazdır”, - Mətbuat xidməti qeyd edib.






Starxeber Bizi instagramda izləyin