17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
AMADA Zəfər Gününə həsr olunmuş “Zəfərin Övladları” adlı tədbir təşkil edib
Sosial 1.11.2022 156


Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) oktyabrın 31-də Şəhid və qazı ailələri üçün “Zəfərin övladları” adlı tədbir keçirib. Zəfər gününə həsr olunmuş, sağlam həyat tərzi və idmanın təbliği məqsədi ilə keçirilən tədbirdə təxminən 40 şəhid və qazı ailəsi,- onların övladları AMADA-nın rəhbərliyi və məşhur idmançılar iştirak edib. Tədbirdə çıxış edən AMADA-nın direktoru Şəfəq Hüseynli çıxış edərək bildirib ki, Zəfər gününü şəhid və qazı ailələri ilə birlikdə qeyd etmək böyük şərəfdir. Zəfər günü Azərbaycan tariximizin ən şanlı səhifəsidir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyində Azərbaycan çox böyük bir qələbə qazanıb. 
Daha sonra AMADA-nın İdmançılar Məsləhətçi Komissiyasının sədri İlham Zəkiyev çıxış edib. O, da zəfər günü münasibəti ilə tədbir iştirakçılarını təbrik edib, AMADA-nın bu təşəbbüsünü alqışladığını deyib. İlham Zəkiyev uşaqların və yeniyetmələrin sağlam həyat tərzin təşviq edilməsi üçün məşhur idmançıların üzərin də yük düşdüyünü belə görüşlərin tez-tez təşkil olunmasının vacibliyini bildirib. 
Digər çıxışçılar da Zəfər günü münasibəti ilə təbriklərini çatdırıb və bu əlamətdar günü birlikdə qeyd etməyin sevincini bölüşüb.   
Tədbirdə idmançılar uşaqlarla şəkillər çəkdirib, onlara imzalı xatirə hədiyyələri təqdim ediblər, həmçinin AMADA rəhbərliyi və idmançılar şəhid və qazı ailələrinin üzvləri ilə birlikdə ziyafətdə iştirak ediblər. Sonda isə uşaqlar üçün maraqlı əyləncəli oyunlar təşkil olunub.






Starxeber Bizi instagramda izləyin