17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
(İƏİT) “Twitter” hesabında Bakıda keçiriləcək “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu barədə məlumat paylaşıb
Sosial 28.10.2022 139

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) rəsmi “Twitter” hesabında Bakıda keçiriləcək “Təhsildə yeni çağırışlar” III beynəlxalq forumu barədə məlumat paylaşılıb.


 

"Daha təhsilli gələcək" şüarı ilə keçiriləcək beynəlxalq forum rəqəmsal dünyada öyrənmək və qlobal səriştələr mövzularını əhatə edəcək.

 

Forumda UNESCO-nun Baş direktorunun təhsil üzrə müavini Stefania Giannini, İƏİT-in Baş katibinin təhsil siyasəti üzrə xüsusi müşaviri, Təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer, Portuqaliya Təhsilin Qiymətləndirilməsi İnstitutunun İdarə Heyətinin sədri, PISA İdarə Heyətinin Portuqaliyadakı təmsilçisi Luiz Pereira dos Santos, Estoniya Təhsil və Tədqiqat Nazirliyinin Ümumtəhsil şöbəsinin məsləhətçisi, ölkənin PISA üzrə koordinatoru Maye Kitsinq, PISA-nın baş analitiki Maryo Piaceçentini, ABŞ Milli Təhsil və İqtisadiyyat Mərkəzinin Baş Tədqiqat üzrə direktoru Tresi Börns, İƏİT-in baş analitiki, Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzinin direktor müavini Stefan Vinsen Lankren, İƏİT-nin Təhsil və bacarıqlar şöbəsinin Təhsil Tədqiqatları və İnnovasiyalar Mərkəzində analitik Mark Fuster təqdimatlar edəcəklər.

 

Beynəlxalq spikerlərin “Öyrənənləri gələcəyə necə hazırlayaq?”, “Gələcəyin məktəbi necə olmalıdır?”, “Təhsili formalaşdıran qlobal trendlər”, “Təhsildə rəqəmsallaşma yekun həlldirmi?” və digər mövzularda çıxışları nəzərdə tutulub.

 

Qeyd edək ki, beynəlxalq forumda onlayn iştirak üçün 1 noyabr saat 23:00-dək müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh 






Starxeber Bizi instagramda izləyin