19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
İşğaldan azad olunmuş ərazilərdə biomüxtəliflik komponentlərinin tarixi areallarına qaytarılması davam etdiriləcək
Sosial 17.10.2022 145

Həssas ekosistemlərin bərpası, o cümlədən flora və fauna növlərinin qorunması üçün əsas fəaliyyətlərdən hesab olunan reintroduksiya layihələri davam etdirilir. İşğal dövründə bioloji müxtəliflik komponentlərinə ciddi ziyan dəymiş Qarabağ bölgəsində də bu layihələrin icrası planlaşdırılır.

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Rəşad Allahverdiyev bildirib ki, işğaldan azad edilmiş ərazilərdə fauna növlərinin-ceyran, bezoar keçisi, dağıstan turu və nəcib maralın, o cümlədən balıq və yırtıcı quş növlərinin 2022-2023-cü illər ərzində öz tarixi areallarına reintroduksiyası nəzərdə tutulub.

"Artıq balıq növlərinin populyasiyasının bərpası üçün işlər görülüb. Son iki ildə işğaldan azad edilmiş ərazilərdəki Bəsitçay, Həkəri və Bərgüşad çaylarının hövzələrinə qızılxallı forel balığının buraxılışı təşkil olunub və bu işlər növbəti dövrlərdə də həyata keçiriləcək".

Xidmət rəsmisinin sözlərinə görə, ceyran fərdlərinin Cəbrayıl və Zəngilan rayonları ərazisinə, əvvəllər məskunlaşdıqları areallarına qaytarılması üçün hazırlıq işlərinə başlanılıb. 

 "Hazırkı dövrədək ümumilikdə, 293 baş ceyran ölkənin təbii areallarına reintroduksiya edilib və aparılan son sayğı monitorinqlərinin nəticələrinə görə, Azərbaycanda 7000-dən artıq ceyran fərdinin yayılması qeydə alınıb".

Xidmət rəsmisi digər layihələrin, xüsusilə zubrların Azərbaycanda tarixi məskunlaşma yerlərinə qaytarılması prosesinin də uğurla davam etdiyini xatırladıb.

"İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan nümayəndəliyinin birgə fəaliyyəti nəticəsində artıq ölkəmizə reintroduksiya olunan bizonların ümumi sayı 31 başa çatdırılıb".






Starxeber Bizi instagramda izləyin