19:47 Atletika Federasiyasının növbədənkənar konfransı keçirilib  |     19:09 Fərid Qayıbov mart ayı ərzində beynəlxalq turnirlərdə ölkəmizi uğurla təmsil etmiş idmançılar və məşqçilərlə görüşüb  |     18:44 Prezidentin sərəncamları ilə təltif edilmiş gənc laureatlara mükafatlar təqdim olunub  |     13:50 Rəna Əliyeva: “Biz hesab edirik ki, həkimlər bilik və savadlarını günbəgün artırmalıdırlar”  |     12:30 “Stomatologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans işə başlayıb  |     11:19 Avropa Badminton Konfederasiyasının Bakıda keçiriləcək konqresinə 20 gün qaldı!  |     10:30 Faktiki hava  |     17:21 Azərbaycan Sloveniyaya karbamid gübrəsinin ixracına başlayıb  |     17:01 Azərbaycanda 10 məscidə qadın dini ayin icraçısı təyin edilib  |     16:40 Bakı metrosunda sərnişin xlor dağıdıb  |     16:01 Ayxan Hacızadə: "Bu gün İran-Ermənistan qardaşlığı bütövlükdə region üçün təhlükə olmaqda qalmaqdadır"  |     14:59 Aprel ayına olan hava proqnozu açıqlanıb  |     13:30 Səfir: “Azərbaycan və Pakistan ticarət həcmini artırmaq üçün addımlar atır”  |     13:14 17-ci Bakı Yay Enerji Məktəbi layihəsi həyata keçiriləcək  |     11:58 Müstəqillik dövrünün ən irimiqyaslı incəsənət layihəsinə qeydiyyat başa çatdı – 26 768 müraciət qeydə alındı  |     11:41 “Səyyar qəbul otağı” bu dəfə Qax sakinlərinin ixtiyarında olub  |     11:37 Azərbaycanda xaricilərin bank kartları ilə xərcləmələri 15% azalıb  |     11:29 Bakıda 31 evdən 36 000 manatdan çox oğurluq olub  |     08:20 BMT-də "ASAN xidmət" modelinin üzv dövlətlərə təqdimatı yüksək qiymətləndirilib  |     00:00 Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş elmi konfrans keçirildi  |    
Danimarka markası Carlsberg 175 illiyini qeyd etdi
Sosial 13.10.2022 151

Pivə ... çoxdan bəşər sivilizasiyası tarixinin ayrılmaz hissəsinə çevrilmişdir. Hələ eramızdan altı min il əvvəl (arxeoloqların sübutuna əsasən) köpüklü içkinin insanların susuzluğunu yatırdığını və onlara qüvvət verdiyini təsəvvür edəndə, ona hörmətlə yanaşmamaq mümkün deyil. Şübhəsiz, pivə istehsalını dünya mədəni irsinə daxil etmək olar. Çünki bu ayrıca bir sənətdir ki, burada  inqrediyentlərin və fermentasiya vaxtının vəhdəti sənətkarın xüsusi sevgi və maraqla şah əsərinin yaradılışında riyazi dəqiqliklə hesablanmış ardıcıllığı təcəssüm edir.

Tarixçəsi Kopenhagen şəhərində pivəbişirənlərdən birinin oğlu Yakob Kristian Yakobsenin tanınmış Qabriel Sedlmayerdan peşə incəliyini öyrənmək üçün Münhen şəhərinə yollanmasından başlamışdır. Ailə rəvayətinə görə, geri qayıtdıqdan sonra ilk lageri Yakob öz anasının mis qabında hazırlamışdı. Bundan sonra isə yenidən Sedlmayerin yanına qayıdıb iki qab maya əldə edə bilmişdi.

Danimarka markasının rəsmi yaranış ili 1847-ci il oldu. Belə ki, həmin il pivə aşiqi Yakobsen dünyanın, çox güman ki, ən yaxşı Pilsneri üçün hazırda Frederiksberg Hill kimi tanınan təpənin suyunun yüksək keyfiyyətini seçərək şəxsi zavodunu təsis etdi. Yeni müəssisəyə Yakobsen beş yaşlı oğlu “Karl”-ın adı və “Bjerg” sözünün kombinasiyasını istifadə edərək “Carlsberg” (Danimarka dilində “Karlın dağı” deməkdir) adı verdi.

Carlsberg banisi Yakob Kristian Yakobsen öz salamlama nitqində bunlarla yanaşı Carlsberg markasının yaranışının tarixi mərhələlərindən, axtarışlardan və inkişafından bəhs etmişdir. Yakobsen obrazında Azərbaycanın tanınmış aktyoru Şahin Sərkərov çıxış etmişdir. Bu maraqlı hekayəni dinləyən qonaqlar sanki keçmişə səyahət etdilər və Carlsberg üçün ən dəyərli ümumdünya rəğbətinin rəmzi olan köpüklü tacı ilə Danimarka şah əsərinin doğum atmosferinə daldılar.

Ona layiq olmaq – elmi yanaşmaya əsaslanan Carlsberg ideologiyası və pivəbişirmədə yeni texnologiyalar ilə daim təsdiqlənən əsas postulatdır. Yakobsenin öz varislərinə etdiyi vəsiyyətindən bu sözlər Carlsberg şirkətinin baş ofisinin girişi üzərində həkk olunub:

“Anlıq bir səmərə əldə edilməməsinə baxmayaraq, pivə istehsalatı işində daimi məqsəd pivəbişirmə sənətini mümkün olan ən mükəmməl səviyyəyə çatdırmaq olmalıdır ki, bizim pivəbişirmə müəssisəsi və onun məhsulları başqaları üçün nümunə olsun və öz nümunəsi ilə ölkəmizdə pivəbişirmə sənətini şərəfli və yüksək səviyyədə saxlamağa kömək etsin”.






Starxeber Bizi instagramda izləyin