14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Afaq Əli Mirəliyevi rüsvay etdi: “Məni bağ evinə dəvət edib…”
Maqazin 11.10.2022 358

Müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın “1 milyona soyunaram” ifadəsinə reaksiya verərək “soyunsa ona heç 50 manat da verməzlər” demişdi.

STARXEBER.AZ xəbər verir ki, Əli Mirəliyevin bu sözlərindən sonra danışan Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:


“Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib gəl bir somavar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə balığın iyindən bilir ki, bu şor balıqdır”.

Afaq Aslan Əli Mirəliyevi qalmaqalla gündəm yaratmaqda suçlayıb:

“Mən Əli Mirəliyevə bundan sonra da 100 il ömür arzu edirəm. Mən ona ölüm arzulamıram ki, qoy “Ölməz Kaşşey” kimi yaşasın. Mənim 1 milyona soyunmağım şəxsi işimdir və şəxsi məsələlər toxunulmazdır. Gündəmdə yoxdur deyə ona-buna ilişməklə gündəm yaratmaq istəyir. Bir aralar Səməd Səmədova sataşdı ki, səsi yoxdur oxuya bilmir, daha sonra Rəqsanəyə ilişərək itinə Reks adı qoyduğunu dedi. Rəqsanə də onu məhkəməyə vermək istəyəndə əlinə-ayağına düşüb yalvardı, dediyi sözün arxasından qaçdı.

Əli Mirəliyevin hansı mahnısına qulaq asıblar? Nalçik Mənim isə İnstaqram profilimdə 50 mindən çox izləyicim var. Mən bu qədər insan tərəfindən sevilməsəm, maraq dairəsində olmasam, ətrafımda bu qədər insan olmazdı. Ağsaqqal kişidir, ona bundan da sərt cavab verə bilərəm, amma babamın babası ilə yaşıd biriylə ağız-ağıza verməyi özümə yaraşdırmıram. Ona son olaraq demək istəyirəm ki, sənin qatarın çoxdan gedib. Ən yaxşısı get bağ evində otur, nəvələrinlə oyna və ona-buna az iliş!./7times.az






Starxeber Bizi instagramda izləyin