17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Kürü keçək?! açıq suda üzmə yarışı keçirilib
İdman 1.10.2022 179

Oktyabrın 1-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığı ilə "Kürü keçək?! açıq suda üzmə yarışı keçirilib. Su idman növlərinin təbliği, daha geniş yayılması və inkişaf etdirilməsi məqsədilə keçirilən kütləvi yarış Mingəçevirdə, Kür sahilində baş tutub. Xatırladaq ki, ilk dəfə açıq suda üzmə yarışı iyun ayının 20-də Bakıda, Xəzər dənizində təşkil edilib. 


Yarışın açılışında gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək kütləvi idman yarışlarınln əhəmiyyətindən danışıb. Nazir dövlətimizin başçısı cənab İlham Əliyevin tapşırıq və tövsiyəsi ilə kütləvi idman yarışlarına diqqətin artırıldığını bildirib.  

5 yaş qrupu üzrə, ümumilikdə 100-dən çox kişi və qadın iştirakçı finişə çatmaq üçün Kür çayının iki sahili arasında 300 metr məsafəni üzüblər. Bu dəfəki yarışın ən gənc iştirakçısının 14, ən yaşlı üzgüçünün isə 53 yaşı olub. 

Qadınlar arasında Milanə Xəlilova, Zeynəb Kərimova (15-19 yaş), Lalə Əzizova (20-29 yaş), Yelena Şipova (30-49 yaş), İrina Vereşagina, Svetlana Yevkina, Nailə Novotorjina (40-49 yaş), Alyona Süleymanova (50+) fərqləniblər.

Kişilərin arasında Bəhram Şabanlı (10-14 yaş), Səid Həmidov, Səid Zairov, Teymur Sadıqov (15-19 yaş), Əli Adıgözəlli, Toğrul Məmmədli, Tural Həsənzadə (20-29 yaş), Emil İbrahimov, Ümid Məmmədov, Teymur Quliyev (30-39 yaş), Denis Novotorjin, Ramil Məmmədov, Samir Cavadov (40-49 yaş), İnnurov Zirek, Elgiz İsmayılov, Sergey Stisyuk (50+) öz kateqoriyalarında qalib gəliblər.






Starxeber Bizi instagramda izləyin