Hadisə
23.09.2022
283
Daxili İşlər Nazirliyi 90 yaşlı qadına oğlu və gəlini tərəfindən işgəncə verilməsi ilə bağlı yeni açıqlama verib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bununla bağlı Oxu.Az-a danışıb.
O bildirib ki, görüntülər 6-7 ay əvvəl çəkilib:
“Hazırda yaşlı qadın Naxçıvanda qızının yanında yaşayır”.
E.Hacıyev əlavə edib ki, qadının oğlu və gəlini polis bölməsinə dəvət olunub:
“Görüntülər ailədə münasibətlər pozulduğu üçün indi yayılıb. Hazırda aidiyyəti üzrə polis orqanlarında araşdırma davam edir”