“Toyota Prius”un iştirakı ilə daha bir ağır qəza baş verib.
Modern.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Sumqayıtda şossesində qeydə alınıb.
Belə ki, yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su maşınına çırpılıb.
Hadisə nəticəsində “Prius”un sürücüsü Nəbiyev Anar Eldar oğlu və onun sərnişini Məmmədova Mahirə Mahir qızı həlak olub. Hazırda faktla bağlı araşdırma aparılır.