15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
“iPhone 14 Pro” almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? – SİYAHI
Maraqlı / İdman 9.09.2022 294

Bir neçə gün öncə dünyanın nəhəng texnologiya şirkəti “Apple”ın “iPhone” seriyasının yeni modeli “iPhone 14” canlı olaraq təqdim edildi. Bəs, “iPhone 14 Pro”nu almaq üçün hansı ölkədə nə qədər işləmək lazımdır? 

BAKU.WS xəbər verir ki, yeni seriya 4 versiyadan – iPhone 14, iPhone 14 Plus, iPhone 14 Pro və iPhone 14 Pro Max-dan ibarətdir.

Türkiyədə iPhone 14 Pro-nun satış qiyməti 39 999 lirə (3729 AZN) olaraq açıqlanarkən, iPhone 14 Pro Max-ın 43 min 999 lirədən (4102 AZN) satılacağı açıqlanıb.

Ölkəmizdə isə yeni seriyanın qiymətləri haqqında hələlik dəqiq məlumatlar yoxdur.

İsveçrədə yeni model telefonlardan almaq üçün çox da böyük zəhmət tələb edilmir. Sözügedən ölkədə 5.5 günlük əmək kifayət edir ki, siz yeni telefonun pulunu tamamlayasınız.

Amerikada yeni İphone modelinə sahib olmaq istəyən şəxslərin 8 gün işləməsi kifayət edir ki, lazım olan məbləği toplaya bilsinlər.

Avstraliyada isə bu rəqəm daha da aşağıdır. Belə ki, orada yaşayan bir şəxs yeni İphone üçün 6 gün işləsə kifayətdir.

Almaniyada da İphone almaq elə də çətin deyil. Bu ölkə 10 gün işləyib son model telefonları əldə edə bilərsiniz.
Fransa üçün bu göstərici 11 gün olaraq bildirilir.

İtaliya və İngiltərənin hər birində isə iş müddəti 13 gün olmaqla göstərilir.

Azərbaycanda isə 12 ay işləmək lazımdır.






Starxeber Bizi instagramda izləyin