17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"Dəmir yumruq" zəfərinə həsr olunmuş turnir
İdman 2.09.2022 111

27-28 avqust tarixlərində “RM”İdman Klubu“ və Azərbaycan Braziliya Ciu-Citsu Federasiyasının”, birgə təşkilatçılığı ilə "Dəmir Yumruq" devizi  altında Qarabağ zəfərinə həsr olunmuş açıq turnir - idman festivalı baş tutub.

Operativ24.Az  xəbər verir ki, festivalda Braziliya Ciu-citsusu, kikboksinq və MMA idman növləri üzrə yarışlar keçirilib.

Yarışlara müxtəlif çəki dərəcələri və yaş kateqoriyalarından 700-ə yaxın idmançı qatılıb.

Yarışa başlamadan öncə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və himnimiz səsləndirilib. 
Açılış sözü ilə çıxış edən Braziliya Ciu-Citsu Federasiyasının Prezidenti Aqil Acalov Laçının azad olunması münasibəti ilə xalqımızı təbrik edib. O, sevinc hissi ilə "Dəmir yumruq" simvolu olan Ordumuzun artıq Laçında olduğunu bildirərək, bu qalibiyyəti şəhidlərimizə, qazilərimizə, Milli Ordumuza və müzəffər Ali Baş Komandanımıza borclu olduğumuzu vurğulayıb. A.Acalov qeyd edib ki, bu festival həm də idman ictimaiyyətinin, qurumlararası həmrəyliyin bariz göstəricisidir. Ona görə də bu gün belə ruh yüksəkliyi ilə, məmnuniyyətlə birlikdə yarış keçiririk.

Daha sonra söz "RM" İdman Klubunun icraçı direktoru Tural Cavadova verilib. T.Cavadov iştirakçıları və bütün azərbaycanlıları tarixi torpağımız olan Laçının işğalçılardan azad edilməsi münasibətilə təbrik edib. O, Qarabağ zəfərinə həsr olunmuş yarışın devizinə uyğun olaraq Vətən uğrunda canlarından keçmiş oğulların xatirəsini yaşatmaq məqsədinin vacibliyini qeyd edib. "Dəmir yumruq" devizi altında keçirilən idman turnirində iştirak etməyin böyük bir uğur olduğunu vurğulayan icraçı direktor bütün iştirakçılara müvəffəqiyyət arzulayıb.

Turnirin açılışında iştirakçıları təbrik etmək üçün öz musiqi nömrələri ilə çıxış edən müğənnilər və rəqs qrupları tədbirə yüksək əhval-ruhiyyə qatıblar.

Qeyd edək ki, yarışlar iki gün davam edib. 27 avqust tarixində həvəsakar idmançılar öz güclərini sınayıb, növbəti gün isə peşəkar idmançılar arasında döyüşlər davam edib. Qaliblər medal, diplom və digər mükafatlarla təltif olunublar.






Starxeber Bizi instagramda izləyin