15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
DİQQƏT! Azərbaycanda bu telefon nömrələri fəaliyyətini dayandırır
Maraqlı 27.08.2022 115

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (Baktelekom) 511 və 555 prefiksli indeksi ilə fəaliyyət göstərən CDMA (Code Divizion Multiple Access) texnologiyasının xidməti bu tarixdən fəaliyyətini tam dayandırır.  


Operativ24.Az-ın məlumatına görə, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsi 31 avqust 2022-ci il tarixindən dayandırılacaq.

Bu barədə "Aztelekom” MMC-dən sorğumuza belə cavab verilib: 

"CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyini nəzərə alaraq, "Aztelekom” MMC bu xidməti 31 avqust 2022-ci il tarixindən dayandıracaq. 

511 və 555 prefiksli indekslə fəaliyyət göstərən CDMA texnologiyası xidməti "Aztelekom”un abonentlərinin çox az hissəsi tərəfindən istifadə edilirdi. Xidmətin dayandırılması ilə əlaqədar abonentlərə digər texnologiyalar üzərindən alternativ xidmətlər təklif edilib. Məlumat üçün qeyd edək ki, xidmətin dayandırılması ilə bağlı xəbərdarlıq müxtəlif kanallar vasitəsilə paylaşılıb”.

Qeyd edək ki, CDMA (Code Division Multiple Access) simsiz telefon rabitəsidir. CDMA texnologiyası adi şəhər nömrəsindən danışığın və səsin yüksək keyfiyyətlə ötürülməsini təmin edir."Baktelecom” 2005-ci ilin oktyabr ayından əhaliyə CDMA xidməti göstərir. "Baktelecom”-un CDMA şəbəkəsi Bakı şəhəri və Abşeron yarımadasını əhatə edir və bu xidmət abunəçilərə 511/555 indeksləri ilə təqdim edilir. "Baktelecom”-un CDMA şəbəkəsi ilə "AzTelekom” MMC-nin CDMA şəbəkəsi arasında olan rouminq xidməti sayəsində "Baktelecom” öz abunəçilərinə respublikanın bütün ərazisində xidmət göstərə bilirdi.






Starxeber Bizi instagramda izləyin