17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
ABF-nin hesabat konfransı keçirildi
İdman 24.07.2022 293

Bu gün Azərbaycan Badminton Federasiyasının son 6 ayda görülən işlərlə bağlı hesabat xarakterli konfransı keçirilib. Azərbaycan Badminton Federasiyasının baş katibi Ramil Hacıyev media nümayəndələri ilə görüşdə son 6 ay ərzində görülən işlərlə bağlı məlumat verərək badmintonun ölkəmizdə inkişafı və kütləviliyi istiqamətində tədbirlər planını əks etdirən geniş təqdimatla çıxış edib. Qısa müddət ərzində iki badminton zalının istifadəyə verildiyini bildirən Ramil Hacıyev badmintonun kütləviliyi istiqamətində həyata keçirilən "Suhttle Time" proqramının və açıq havada təşkil olunan "Airbadminton challenge" mater-klasslarının bu idman növünün ölkəmizdə geniş yayılmasına təkan verəcəyini qeyd edib. Bundan əlavə həvəskarlar arasında mütəmadi badminton turnirlərinin keçirilməsi, gələcəkdə liqanın yaradılması da gündəmdə olan məsələlərdəndir. ABF-nin baş katibi parabadmintonun ölkəmizdə inkişafı istiqamətində də işlər görüldüyünü və bu sahədə DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi sıx əməkdaşlıq edildiyini söyləyib. Ramil Hacıyev 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) Bakıda keçiriləcək konqresini ölkə badmintonu üçün tarixi hadisə adlandırıb. Hesabatdan sonra Azərbaycan İdman Jurnalistləri İctimai Birliyi ilə Azərbaycan Badminton Federasiyası arasında əməkdaşlıq memorandomu imzalanıb. #azerbaijanbadminton






Starxeber Bizi instagramda izləyin