14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Bakıda DƏHŞƏTLİ CİNAYƏT: Keçmiş arvadını görün nə üstə öldürdü
Kriminal 18.07.2022 257

Bakıda ailə münaqişəsi zəminində daha bir qətl törədilib. 40 yaşlı qadın çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır. Hadisə şahidləri qətlin atanın öz övladını görmək istəməsi, uşaqların isə bundan imtina etməsi zəminində baş verdiyini deyirlər. Hər halda baş vermiş ağır cinayət  istintaqla araşdırılır. 


Milli.Az xezerxeber-ə istinadən xəbər verir ki, 40 yaşlı qadın xüsusi amansızlıqla qətlə yetirilib. Qətli törətməkdə şübhəli bilinən şəxs isə mərhumun keçmiş həyat yoldaşıdır.

Ağır cinayət ötən gün paytaxtın Xəzər rayonu Binə qəsəbəsində baş verib.

Hadisənin qonşunun həyətində baş verdiyi bildirilir. Həmin evin sahibi Samir Allahverdiyev deyir ki, əvvəllər onlarla mehriban qonşu olublar. Təxminən bir il əvvəl isə münaqişəli ailə evi satıb.

Hadisə şahidi Fəzail Vahabov deyir ki, cinayəti törətməkdə şübhəli bilinən Arzuman Fazilov uşağı ilə görüşmək istəyib. Hətta ondan xahiş edib ki, övladını çağırsın. Amma uşaq atası ilə görüşməkdən imtina edib. 

Arzuman Fazilov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda ''qəsdən adam öldürmə'' maddəsi ilə cinayət işi başlanıb. 






Starxeber Bizi instagramda izləyin