17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Xəyalədən onlara “Təlxək” deyən deputata cavab: “Siz qapı-qapı gəzib… ”
Maqazin 13.07.2022 259

“Salam, çox hörmətli deputat. Əslində haqqımızda danışmazdan əvvəl millət vəkili olduğunuzu bilmirdim. Ona görə yox ki, savadım çatmır, dünya görüşüm yoxdur. Sadəcə bir deputat kimi heç nə ilə yadda qalmamısınız. Bizimlə bağlı danışdığınıza görə yetəri qədər özümüzü tanıda bilmişik. Bir sözünüzlə razıyam ki, “Komedixana” aktyorlarının kollec təhsili yoxdur”.


Operativ24.Az  xəbər verir ki, bu sözləri aktrisa Xəyalə Quliyeva deyib. Aktrisa sosial şəbəkədə yazdığı şərhlə “Komedixana” proqramını tənqid edən millət vəkili Etibar Əliyevə cavab verib:

“Bəli, haqlısınız! Onların hamısı ali təhsillidir. Elə özümü deyim. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli sənətkarlardan səhnə danışığı, səhnə mədəniyyəti və aktyor, rejissor dərsləri almışam. Bu o vaxta təsadüf edib ki, siz qapı-qapı gəzib, seçicilərinizə bülleten paylayıb, sizi seçməklərini xahiş edirdiniz. Məncə, bilib-bilmədən danışmaq sizə yaraşmadı. Eybi yox, bar verən ağacı daşlayarlar. Bir daş da sizdən gəlsin. Əminəm ki, vaxtilə bostanınıza o daşların bir qırığı da atılmayıb. Hörmətlə, ali təhsilli, 4 diplomlu, 20 illik təcrübəli, aparıcı-aktrisa Xəyalə Quliyeva”.

Xatırladaq ki, deputat Etibar Əliyev iki gün əvvəl “Komedixana” verilişi haqqında “Təsadüfən Xəzər TV-nin “Komedixana” kimi urvatsız bir verilişinə baxdım. Görəsən, bu verilişdə iştirak edənlərin heç olmasa kollec təhsili varmı? Hansı məqsədlə gənclərin tərbiyəsini pozursunuz. Onlara bayağı və təlxək davranışları təlqin edirsiniz?” sözlərini söyləyib.


//Doğru.az






Starxeber Bizi instagramda izləyin