17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Bir intihar, beş intihar… Bəs deyil?!“ - Flora Kərimova
Maqazin 13.07.2022 173

“Qurban olum sizə, millət, bu nə rüsvayçılıqdır?! Utancımdan söz tapmıram! Bir Vətən oğlu niyə çörək üçün balasından utanıb özünü yandırsın?! Dünyada rüsvay olmağımızı, ermənilərin bizə gülməyini keçdik, bəs öz vicdanımızın naləsinə necə dözürük?”.


Bu sözləri Xalq artisti Flora Kərimova sosial şəbəkə hesabında paylaşıb.

O, özünü yandıraraq intihar edən qazi Elvin Cəfərovdan yazıb:

“O igid müharibədə qardaş, yoldaş, sirdaş itkisi görmüş biridir! İsti yatağımızdan bir tikə çörəyimizə kimi, udduğumuz havaya qədər bu oğullara borcluyuq. Niyə axı Şuşaya, Kəlbəcərə getməkdən ötrü dava edirik, növbə tuturuq, bir həyatı xilas edə bilmirik?! Çətin idi bir insanı razı salmaq? O, torpaqları, milli qeyrətimizi utancdan təmizləyən, təbəssümü ilə kişilik dərsi keçən biri niyə özünə qıysın?! Bilmirəm!

 Bir intihar, beş intihar… Bəs deyil?! Bəs etmədi bu torpaq üçün canını verən 4000 şəhidin qanı ki, canları ilə əlləşən qazilər də “qurban” olsun?!

İcra başcısı deyir ki, hər bir qayğı göstərilib. Hansı qayğıdır ki, o, özünü öldürüb. Yetimlərini bu boyda zillətlə sizə - canına qıymağa vadar edənlərə həvalə etdi? Psixoloji problemi var idisə, daha həssas olmali idiz! Kimisə durduq yerdə linç edə biləcək vicdan sahibi deyiləm. Bəsdirin millətin hissiyatı ilə oynadız! Sizin bir addımınızın əks-sədası hara qədər qalxır özünüz yaxşı bilirsiz! Amma görürəm millətin qeyrətini, vicdanını sınağa çəkirsiniz. Millət sizi ittiham etsə, sığındığınız o binalarda daş daş üstə qalmayacaq. Və məni daha çox utandıran odur ki, bu gün bizim üçün canını fəda edən birinin həyatını xilas edə bilmədik. Edə bilərdik. Tək mən yox, hamımız”.






Starxeber Bizi instagramda izləyin