Dünən Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə türkiyəli həmkarı Mövlüd Çavuşoğlu arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) Operativ24.Az-a verilən xəbərə görə, nazirlər ikitərəfli gündəliyin aktual məsələləri, habelə çoxtərəfli çərçivələrdə əməkdaşlıq məsələləri üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin cari regional vəziyyəti müzakirə edib, bölgədə sülhün təmin edilməsi üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.