15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Gündə 1 dilimdən çox qarpız yeməyin! - Ölümlə nəticələnə bilər
Maraqlı 22.06.2022 313

Gündə bir dilimdən çox qarpız yeməyin.


AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, qidalanma və pəhriz mütəxəssisi Rabia Özaslan yay mövsümündə meyvə istifadəsi ilə bağlı bəzi tövsiyələr verib.

Özaslan yay meyvələri və ya dondurmaların miqdarına fikir verilməsinin vacib olduğunu söyləyib:

"Qidalanma hər fəsildə olduğu kimi yayda da müxtəliflik və fərqlilik göstərməyə başlayır. Balanssız qidalanma nəticəsində kökələ və ya arıqlaya bilərik. Təravətləndirici və şirin olduğu üçün tez-tez yediyimiz meyvə və dondurmanın miqdarına fikir verməsək, tarazlığı poza bilərik”.

O, yay aylarında sərinləmək üçün ağıla ilk gələn qidaların dondurma və meyvələr olduğunu qeyd edib:

"Dondurma ən çox yeyilən qidalar arasındadır, amma unutmayaq ki, nəticədə bir desertdir. Daha çox qabda və ya boşqabda dondurmaya üstünlük verilməlidir. Açıq dondurmalardan istifadə edək, amma dondurma süd məhsulu olduğu üçün tez xarab olan və ya asanlıqla infeksiya yaya bilən qidalar arasındadır. Ona görə də son dərəcə diqqətli olmalıyıq. Dondurma süd məhsulu olduğu üçün kalsiumla zəngin qidadır. Lakin şirinlik xüsusiyyətinə malik olduğu üçün tez-tez istifadəyə uyğun deyil. Ona görə də şişirtmədən həftədə bir və ya iki dəfə dondurma yeyə bilərsiniz”.

Özaslan yay meyvələrindən də bəhs edərək öz tövsiyələrini verib:

"Yay ayında ən çox yeyilən meyvə qarpızdır. Qarpız şəkəri yüksək olan qidadır. Eyni zamanda tərkibində çoxlu su olduğu üçün də faydalı meyvələr sırasındadır. Lakin bu meyvənin zərələri də az deyil.

1. İshala və həzmlə bağlı digər problemlərə səbəb ola bilər. Qarpızı ifrat dərəcədə yemək həzmlə bağlı problemə səbəb ola bilər. 

2. Qlükoza miqdarını artıra bilər. Əgər siz şəkərli diabetdən əziyyət çəkirsinizsə, qarpız yeyən zaman icazə verilən qlükoza normasından artıq qlükoza qəbul etmə riski artır.

3. Bədəni həddən artıq su ilə təmin edə bilər və su intoksikasiyasına səbəb ola bilər. Bu zaman isə orqanizm həddən artıq su qəbul etmiş olur.

4. Ürək-damar sistemi problemlərinə səbəb ola bilər. Məlum olduğu kimi, qarpızın tərkibində kalium bol miqdardadır. Bu maddə ürəyimizin sağlamlığına müsbət təsir edir, sümükləri və əzələləri möhkəmləndirir. Amma həddən artıq kalium ürək-damar sistemi problemləri yarada bilər. Bunlar arasında aritmiya, nəbzin zəifləməsi var”.
 
Ayşən






Starxeber Bizi instagramda izləyin