17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
CinemaPlus-da Yura dövrü
Mədəniyyət 20.06.2022 196

"CinemaPlus Amburan Mall” premium kinoteatrında, açıq səma altında “Yura dövrü dünyası: Hökmranlıq” əfsanəvi fantastik filminin təqdimatı keçirilib.


Operativ24.Az xəbər verir ki, kinoteatr sanki keçmişə, yalnız dinozavrların hökm sürdüyü dünyaya qərq olmuşdur. Bitkilərin bolluğu, filmə özəl dekorasiyalar öz sözünü deyirdi. Dinozavrın peyda olması qonaqların böyük marağına, emosiyalar fırtınasına səbəb olub və onlar özlərini filmin qəhrəmanları kimi hiss edə biliblər.

Filmin rejissoru Kollin Trevorroudur. Baş rollarda Diçen Lakmen, Brays Dallas Hovard və Kris Pratt çəkiliblər.

Filmin mövzusuna gəlincə isə Nublar adası dağıldıqdan sonra dinozavrlar sərbəst buraxılaraq planeti zəbt etdilər. İnsanlar Yer kürəsində yanaşı dinc yaşayışı şərtləndirən incə tarazlığı qoruyub saxlaya bilirlər. Bəs insan nə vaxta qədər tarixin ən qorxulu varlıqları ilə çiyin-çiyinə yaşayaraq öz hökmranlığını qoruyub saxlaya biləcək?

Tədbirin təşkilində Brand Media Groups, dekor şirkəti "S Design", Strafor kəsim, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, www.animator.az, "Meysəri" şərabları - Azərbaycanda ilk orqanik şərab istehsalçısı, qəhvə "Tupinamba", Bonaqua və Red Bull dəstək göstəriblər.

Qeyd etmək istərdik ki, "Yura dövrü dünyası: Hökmranlıq" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz.

"CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.








Starxeber Bizi instagramda izləyin