17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Şəmkirdə ölən iş adamı ilə bağlı iddialara - DİN-dən cavab
Hadisə 18.06.2022 219

Şəmkir rayonunda iş adamı Arzu Cabbarovun ölümü ilə bağlı müxtəlif iddialar səsləndirilib. Mərhumun ailəsi Arzu Cabbarovun polis tərəfindən təşkil edilmiş ssenariyə uyğun saxlanıldığını və Şəmkir Rayon Polis Şöbəsində döyülməsi nəticəsində öldüyünü iddia ediblər.


Operativ24.Az  “Qafqazinfo”ya istinadən xəbər verir ki, DİN Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, bütün iddialar əsassızdır, böhtan xarakterlidir.

“Bu iddiaların kökündə o dayanır ki, ailə üzvləri A.Cabbarovun ölümünün təşkil olunmasını bildirməklə, Yeganə Yusifovanın evində olması, həmin qadının polisə döyülməsi və təhqir olunması barədə şikayətinin mahiyyətini dəyişdirmək istəyir.

Çünki ailə istəyir ki, Şəmkir rayonunda mərhum barədə yayılan qeyri-etik məzmunlu faktları ört-basdır etsin, ölümün səbəbkarı kimi Şəmkir RPŞ əməkdaşlarını göstərsin. Ancaq bu uydurma iddialar həqiqətin üstündən xətt çəkmək gücündə deyil, istintaqda əsaslı sübutlar var.

Y.Yusifovanın evində baş verən münaqişədə qapı şüşəsinin sınmasından xəsarət alan şəxsin həmin gecə qadın tərəfindən hansı məqsədlə evə çağırılması faktı, eləcə də, mərhumun “Viagra” dərmanından istifadə etməsi bütün suallara cavabdır”.

DİN rəsmisi vurğulayıb ki, Y.Yusifovanın ona təzyiq olunması və cinayət işi açılmasını ilə bağlı iddialarına gəlincə, onun dələduzluq əməlləri ilə bağlı 5-dən artıq epizod üzrə cinayət faktı var və istintaq gedir:

“Bütün iddialar faktsız olmaqla subyektiv mülahizələrə əsaslanır və digər xüsusatlar da istintaqla araşdırılır”.






Starxeber Bizi instagramda izləyin