15:57 Dünyanın tanınmış bank və texnologiya nəhənglərində azərbaycanlı etik hakerin uğur hekayəsi  |     15:18 Bağça müdirindən AĞLASIĞMAZ FIRILDAQ: "Xəstə uşağım var" adı ilə vətəndaşları belə aldadır- ŞOK FAKTLAR  |     18:08 Ümumdünya Meteorologiya Təşkilatına ilk qadın Baş Katib təyin edilib  |     16:51 "Səyyar qəbul otağı"nın bu dəfəki iştirakçıları Siyəzən rayonunun sakinləri olub  |     16:49 Dəmiryolçu övladları ilk dəfə olaraq 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününü ADY-də qeyd ediblər  |     16:47 Kaspersky Azərbaycanda uşaqların mobil cihazlar üzərindən ən çox ziyarət etdiyi tətbiqləri açıqlayıb  |     16:44 Mastercard Azərbaycan üzrə yeni ölkə meneceri təyin edib  |     16:39 Tanınmış müğənni Çelik Bakıda KONSERT VERƏCƏK  |     16:58 “Qayğı-Sağlam Nəsil Naminə” İctimai Birliyi 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirib  |     12:50 Azərsu xırda borclar görə insanları susuz qoyub - ŞİKAYƏT  |     19:34 Red Bull Dance Your Style meydanında ən yaxşı rəqqası sən seçəcəksən  |     17:02 Dolu Kadehi Ters Tut ilk dəfə Bakıda  |     16:29 Sılanın Bakıda kiçik pərəstişkarı ilə söhbəti maraqla qarşılandı  |     15:19 "BTQ" dəmir yolu xətti Orta Dəhliz vasitəsilə daha çox yüklərin cəlb edilməsi üçün genişləndirilir  |     14:28 Klassik Səlcuqlu və Osmanlı memarlığını nümayiş etdirən evləri ilə tarixi bir Egey kəndi - Birgi  |     13:05 "Sabah"ın kapitanı gecə həyatına başladı - Murad Musayev hansı tədbir görəcək? - ŞOK  |     12:48 Tom Odell Bakıda ilk dəfə konsert verəcək  |     14:34 Sıla Bakıda konsert verəcək  |     13:04 Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək  |     13:03 Şimali Kipr Türk Cümhuriyyətinin xarici işlər naziri "Türk Evi" binasına hücumu pisləyib  |    
Əvvəl toyuq yaranıb, yoxsa yumurta? – Elmi Cavab
Maraqlı 9.06.2022 110

Bu, hələ də verilən ən qədim suallardan biridir: Əvvəl hansı yaranıb – toyuq, yoxsa yumurta? İlk baxışdan sualda məntiqi tapmaca var: Əgər toyuq olmasa, yumurta haradan gələcəkdi, yumurta olmasa, toyuq haradan çıxacaqdı? Qapalı məntiq dairəsi alınır. Lakin bu, məsələyə elmi təfəkkürlə yanaşmayanlar üçün belədir.

Suala təkamül biologiyası nöqteyi-nəzərindən yanaşanlar üçün isə məsələ sadəcə, gülməli dərəcədə asan görünür.
Texniki olaraq, yumurta – nəsil artırmanın mexanizmlərindən biri olmaqla, sərt membranın (qabıq) içindəki embriondan başqa bir şey deyil. Daha doğrusu, söhbət 3 membrandan gedir: embrionun qida və tənəffüs mühitlərini təmin edən daxili yumşaq membranlar və xarici müdafiəni yaradan bərk membran. Yumurtanı soyarkən bunları hamınız görmüsünüz.

Yer kürəsində canlıların bu yolla – üçqat membranın içində gizlənən embrionun köməyilə nəsil arıtması təxminən 340 milyon il əvvəl başlayıb. Ona qədər də canlılar yumurta qoyurdular, lakin bu proses daha çox suda baş verdiyindən, həmin ibtidai proto-yumurtaların üst qabıqları bərkimirdi. Bu gün gördüyümüz şəklini alana qədər yumurta böyük təkamül yolu keçib.


Amniotik (daxili ehtiyatları təmin edən üç membranlı) yumurtanın yaranması planetdə həyatın inkişafında böyük bir addım olub. Məhz amniotik yumurtanın yaranması həyatın sudan quruya çıxmasında həlledici rol oynayıb.

Bu gün yumurta qoymaq yolu ilə çoxalan bütün canlıların elmə məlum olan sonuncu ümumi əcdadları tetrapodlar təxminən 370-340 milyon il əvvəl yaşayıblar. Bugünkü məməlilər, sürünənlər, suda-quruda yaşayanlar, quşlar ilk amniotlardan törəyiblər.


Bəs ilk toyuqlar nə zaman yaranıb? Bunun üçün əvvəlcə müəyyən mərhələdə proto-toyuqların DNT-sində qalıcı mutasiya baş verməli və növbəti nəslə ötürülməli idi. Bu mutasiya cənub-şərqi Asiya ölkələrinin birində yaşayan cəngəllik quşlarında baş verib və müəyyən müddət sonra insanların onları əhliləşdirməsilə nəticələnib. Vəhşi toyuqların bu gün tanıdığımız şəklə düşmələri təxminən 10 min il əvvəl reallaşıb, onların formalaşması isə daha öncə - təxminən 58 min il əvvəl baş tutub. Toyuğun yarandığı tarix kimi məhz bu rəqəmi götürə bilərik.


Beləliklə, suala qayıtsaq, yumurta bundan 340 milyon il, toyuq isə cəmi 58 min il əvvəl yaranıb. Yəni nəinki yumurta toyuqdan əvvəl yaranıb, hətta yumurta yarananda toyuğun bu planetdə heç izi-tozu da yox idi! Nəinki izi-tozu yox idi, ilk yumurtadan ilk toyuğa qədər 339 milyon 942 min il vaxt keçməli idi. Yumurta toyuqdan məhz bu qədər böyükdür.






Starxeber Bizi instagramda izləyin