17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
"CinemaPlus" da fəxri qonaqlarla "Top Qan 2" filminin tədbiri keçirildi
Mədəniyyət 6.06.2022 185




 "Gənclik Mall" TM-də yerləşən "CinemaPlus" premium kinoteatrında çoxdan gözlənilən "Top Qan 2" filminin tədbiri keçirilib. 1986-cı ildə çəkilmiş "Top Qan" filminin davamı olan Tom Kruzun baş rolda oynadığı Cozef Kosinskinin Amerika döyüş filmidir. Tədbirin ən fəxri qonaqlarını, 44 günlük Vətən müharibəsində Azərbaycanımızın hava məkanını qoruyan, eləcə də Qarabağ səmasında düşmənin texnikalarını və şəxsi heyətini məhv edən, müxtəlif orden və medallarla təltif olunan, çətin lakin şərəfli peşə sahibləri olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinin pilot heyətinin yanımızda görməkdən qürur duyuruq. Tədbirdə iştirak edəcək pilotların adları: mayor Oruczadə Faiq Niyaz oğlu, kapitan Əşrəfov Rəvan Rasim oğlu, kapitan Orucov Soltan Yaqub oğlu, kapitan Qurbanzadə Nihat Elçin oğlu və kapitan Səfərov Fikrət Cəfər oğlu. Bu axşam kinoteatrın qonaqları Azərbaycan Respublikasının Xalq Artisti Faiq Ağayev, şou-biznes ulduzları, tanınmış jurnalistlər, bloqqerlər, iri təşkilatların sahibkarları və olmuşdurlar. Tematik dekorasiya kinoteatrda filmin ab-havasını çatdırdı. Dekor bir neçə hissələrdən ibarət idi. Kinoteatrın foyesi uçuş zolağına çevrildi, buludlar qonaqların başlarının üzərində keçirdi, qəhrəmanını gözləyən motosiklet də var idi. Bütün qonaqlar özlərini pilot kimi hiss etmək üçün unikal fürsət əldə etdilər. Bunun üçün sadəcə Virtual Zona-ya getmək və virtual reallıq eynəklərini taxmaq kifayət idi. Baş rollarda Tom Kruz, Cennifer Konelli və Ed Harris. Maverick ləqəbli Pit Mitçel 30 ildən artıqdır ki, Hərbi Dəniz Qüvvələrinin ən yaxşı pilotlarından biridir: sərhədləri aşan qorxmaz sınaq pilotu vonu əbədi yerə endirəcək yüksəlişdən ehtiyatla qaçır. Top Gun məzunlarından ibarət dəstəni əvvəllər görünməmiş xüsusi bir missiyaya hazırlayarkən, Maverick mərhum dostu, leytenant Nik Bradşonun oğlu leytenant Bredli Bredşou ilə tanış olur. Qabaqda - qeyri-müəyyənlik, arxada - keçmişin xəyalları. Maverick, uçuşa təyin olunanlardan müstəsna fədakarlıq tələb edən bir missiyanın bir hissəsi kimi həyata keçmək təhlükəsi ilə üzləşən dərin qorxuları ilə üzləşməyə məcbur olur. Tədbirin təşkilində Brand Media Groups, "Bolşoy Prazdnik" event şirkəti, "FRYDAY Burgers & Fries" restoranı, foto və video "Light in Black" kreativ şirkəti, "Savalan Winery" şirkəti, "Virtual Zone" əyləncə mərkəzi, qəhvə "Tupinamba" və Red Bull dəstək göstəriblər. Qeyd etmək istərdik ki, "Top Qan 2" filmini "Dəniz Mall" Ticarət mərkəzində yerləşən "CinemaPlus" kinoteatrda Azərbaycanda ən son 4DX texnologiyası ilə izləyə bilərsiniz. "CinemaPlus" hər zaman sizə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralarla sevindirməyə hazırdır.






Starxeber Bizi instagramda izləyin