14:54 Medianews.az 11 il SİZİNLƏ  |     12:53 “Nar”dan əla fürsət: Köhnə smartfonunu sərfəli şərtlərlə sat!  |     21:25 “Bundan sonra. Hər zaman” filminin romantik təqdimatı olub  |     16:29 Tanınmış rəssam və iş xanımı Gülçin Aslanlı ailə həyatı qurdu  |     22:41 Zəfərimizdən bəhs edən film nümayiş olunacaq - VİDEO  |     22:13 Tanınmış aparıcı Federasiyada yeni vəzifəyə təyin oldu  |     14:38 “Nar” xidmət mərkəzlərini yeniləməyə davam edir  |     14:09 Əkinçilik İnstitutu Toxumçular Assosiasiyası ilə əlaqələri gücləndirir  |     13:20 Mərakeş Kralı zəlzələdən zərərçəkmiş yaralılara qan verdi  |     10:48 Qanda şəkərin miqdarının kəskin artıb-azalması diabetik komaya qədər gətirib çıxara bilir  |     14:50 Mərakeş Krallığı zəlzələ ilə bağlı işçi qrupu yaradıb  |     11:49 Əziz kinosevərlərə şad xəbərimiz var!  |     18:10 “Nar” “Stevie” mükafatına layiq görüldü  |     23:58 Müasir dövrün tarixi - VANDA  |     18:26 Azərbaycan diplomatiyasının növbəti parlaq qələbəsi  |     09:51 Puç olmuş ümidlər və Azərbaycan diplomatiyasının növbəti qələbəsi  |     11:17 Mərakeş Xarici İşlər Nazirliyi BRİKS-ə qoşulmaq üçün ərizə verilməsi ilə bağlı məlumatı təkzib edib  |     15:55 “Nar” dan yeni xidmət: NaviMax GPS izləmə imkanı  |     11:03 Tərəqqinin 44 illiyini qeyd edirik: Oued Eddahab əyalətinin Mərakeş tərəfindən bərpası  |     18:41 Qubad İbadoğlunun həbsi Qərbin Azərbaycana təzyiq siyasətinin labüd nəticəsidir -VİDEO  |    
Lider TV -nin əməkdaşı olan həyat yoldaşını balta ilə doğrayan şəxsə hökm oxunub
Kriminal 3.06.2022 490

Bakıda arvadını balta ilə doğrayaraq qətlə yetirən Orxan Əliyevə hökm oxunub.

Operativ24.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə Orxan Əliyev 20 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin yanvarında paytaxtın Xətai rayonunda qeydə alınıb.

Belə ki, Orxan Əliyev həyat yoldaşı Nahidə Əliyevanı bıçaqlayıb, daha sonra onun meyitini hamam otağına apararaq vannada qollarını və başını kəsib.

Onu da vurğulayaq ki, Orxan Əliyev, jurnalist “Lider” kanalında aparıcı olan Leyla Əliyevanın kiçik qardaşıdır.
Onun qətlə yetirdiyi həyat yoldaşı isə jurnalistin bibisi qızı olub. 

Verilən məlumata görə, Orxan özü o qədər xoş olmayan həyat tərzi yaşayıb. İddia olunur ki, o, narkotik aludəçisi olub. Bundan başqa o dəfələrlə həyat yoldaşına xəyanət edib. Hətta bir dəfə Orxanın sevgilisi keçmiş “Lider” televiziyasına gələrək onun bacısı Leyla Əliyeva ilə münaqişə yaşayıb. Orxanın sevgilisi olan qadın, Leylaya qardaşını sevdiyini və ailəsinin onları ayıra bilməyəcəyini bildirib. 

Nahidə Həsənova “Lider” kanalı bağlanana qədər, oranın əməkdaşı olub.






Starxeber Bizi instagramda izləyin