09:06 Ən qəmgin BÜRCLƏR – Onları ağladan SƏBƏBLƏR  |     08:04 Ankaranı su basdı: Ölən var  |     08:02 Azərbaycanlı qadın Rusiyada azyaşlı uşaqları ilə intihar etdi  |     08:00 Özündən 12 il böyük qadınla evləndi,Müslüm Moqamayevlə düşmən düşdü -Polad Bülbüloğlu haqda bilmədiklərimiz  |     07:52 Nadir Qafarzadə Zauru müdafiə etdi: “Bu “çuşka”ları az mindirin başımıza”  |     00:19 SON DƏQİQƏ! Bakıda 17 yaşlı oğlan Sevdiyi qıza görə özünü ASDI  |     00:12 MTV Kərimin efirdə qadınları təhqir etməsinə görə cərimələndi  |     23:42 Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir  |     23:21 Vətən müharibəsi qazisinə toyunda mənzil hədiyyə edildi  |     23:16 İntihar edən həkimin qonşuları elə şeylər danışdılar ki...- Gizli səs yazıları  |     23:14 Ukrayna azad etdiyi İlan adasına qoşun yerləşdirməyə hazırlaşır  |     22:50 Son 5 ay ərzində ölkəmizə 15 min tondan çox ət idxal olunub  |     19:51 Türkan Şoray Cüneyt Arkınla belə vidalaşdı  |     19:41 Bu gün Rəqsanənin qızı Aysunun TOYUDUR - VİDEO  |     19:24 Sevinc Məmmədova instaqrama qayıtdı  |     19:04 Selçuk Bayraktar xanımı ilə Şuşadan yeni fotolar paylaşdı  |     19:00 Azərbaycanda daha bir avtobus qalmaqalı: Yanındakı qadına porno izlətdi - VİDEO  |     16:21 Vüsalədən Zaur Kamala dəstək: “Mən də olsam, o addımı atardım” - ÖZƏL  |     15:50 Daha 7000 nəfərə "Müharibə veteranı" adı verilib  |     15:48 Hava kəskin dəyişir iyulun 01-dən 03-ü səhərədək Bakıda güclü külək əsəcək - XƏBƏRDARLIQ  |    

Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb

Sosial 16.05.2022 101


Mayın 16-da Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ilə görüşüb.
Sahibə Qafarova qonağı səmimi salamlayaraq, Azərbaycanla Türkiyə əlaqələrinin çox yüksək səviyyədə olmasından məmnunluğunu ifadə edib. Parlamentin sədri bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri çərçivəsində Rize-Artvin Hava Limanının açılış mərasimində iştirakını xatırlayaraq, iki qardaş ölkənin liderlərinin növbəti dəfə bir araya gəlməsini yüksək dəyərləndirib. Qeyd edib ki, iki ölkə arasındakı münasibətlər günbəgün inkişaf etməkdədir. Hər iki ölkənin əldə etdiyi uğurlar ölkələrimizin beynəlxalq miqyasda nüfuzunun daha da artmasına xidmət edir. 
Spiker Bakıda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında Türkiyə nümayəndə heyətinin iştirakını yüksək qiymətləndirib və konfransda müzakirə olunacaq məsələlərin əhəmiyyətindən danışıb. 
Milli Məclisin sədri konfransa hazırlıq işləri barədə danışaraq, tədbirdə iştirak edəcək nümayəndə heyətləri ilə keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edib ki, konfransda təşkilata sədrlik Pakistandan Azərbaycana keçəcəkdir. Azərbaycan təşkilatın sədri kimi qurumun nüfuzunun daha da artması, təşkilata üzv ölkələr arasında əlaqələrin daha da dərinləşməsi üçün üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmək üçün bütün səylərini əsirgəməyəcək.
Sahibə Qafarova işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən böyük bərpa və quruculuq işləri haqqında məlumat verərək, qeyd edib ki, çox qısa müddətdə həmin ərazilərdə nəhəng infrastruktur layihələri reallaşdırılıb, yeni yollar salınıb, yüksək standartlara cavab verən Füzuli Hava Limanı istifadəyə verilib. Həyata keçirilən quruculuq işlərində qardaş Türkiyə şirkətləri yaxından iştirak edirlər. Spiker Türkiyənin Azərbaycana hər zaman göstərdiyi dəstəyə görə öz minnətdarlığını bildirib.
Səmimi görüş üçün təşəkkür edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop ölkəmizə növbəti dəfə səfərindən məmnunluğunu ifadə edib. Qeyd edib ki, səfərdən məqsəd İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Üçüncü Ümumi Konfransında iştirak etmək və burada müzakirə olunacaq məsələlərə fəal şəkildə qatılmaqdır. 
Bununla yanaşı, konfransda müzakirə olunacaq məsələlərin quruma üzv dövlətlər üçün əhəmiyyətindən bəhs edən Mustafa Şentop burada keçiriləcək görüşlərin də əlaqələrin dərinləşməsi baxımından əhəmiyyətli olacağını bildirib. Qeyd edib ki, parlamentlər səviyyəsində əlaqələrin daha da dərinləşməsi, deputatların mütəmadi görüşləri qurum qarşısında duran vəzifələrin həlli, o cümlədən qanunverici orqanlar arasında ikitərəfli əlaqələrin inkişafı baxımından önəmlidir.
Mustafa Şentop Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə son səfərini xatırladaraq, deyib ki, Türkiyə-Azərbaycan münasibətləri dünyada bənzəri olmayan münasibətlərdir və bu münasibətlər həqiqətən “bir millət iki dövlət” xarakteri daşıyır.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin




Bütün Xəbərlər