17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
TURİZM ŞİRKƏTLƏRİ ÜÇÜN ELAN
Sosial 16.05.2022 138

“Konstitusiya” Araşdırmalar Fondu Azərbaycanda fəaliyyət göstərən turizm şirkətlərini Cənub bölgəsinə (Lənkəran, Masallı, Lerik və Astara rayonları) aqro-turizm məntəqələrinə səfərə dəvət edir. Turizm şirkətlərinin nümayəndələri tur çərçivəsində bu rayonlardakı 8 yerli turzim məkanına səfər edəcəklər. Proqram üzrə 20 may 2022-ci il tarixdə Bakıdan yola düşəcəklər, 20-si və 21-i mayda gecə Lənkəran Lux Oteldə gecələyib, 22 may tarixində Bakıya qayıtmaq planlaşdırılır. Bütün xərclər layihə vəsaiti hesabına ödənilir. Turda iştirak üçün 20 nəfərin seçilməsi nəzərdə tutulub. Səfərdə iştirak edəcək turizm şirkətləri yerli turizm məkanlarının potensialını öyrənib və həmin məntəqələri mövcud tur proqramlara daxil etmək və ya yeni tur proqramları hazırlamaq imkanı əldə edəcəklər.   

Maraq göstərən turizm şirkətləri 18 may saat 24.00-dək kafondu@gmail.com e-mail-nə müraciət etmələri xahiş olunur. Müraciətdə işlədiyiniz, yaxud əməkdaşlıq etdiyiniz turizm şirkətin adını, şirkət haqqında qısa məlumat və iştirak edəcək şəxsin məlumatlarını (ad, soyad, tel, email) qeyd etməyiniz rica edilir. 
Əlavə məlumat üçün əlaqə nömrəsi (99412) 492 57 26; 0552136700 - Şahin Nəsrullayev
 
Bu tur Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu Avropa İttifaqnın maliyyə dəstəyi ilə icra etdiyi “AgriVision” layihəsi çərçivəsində həyata keçirilir. Layihənin əsas məqsədi Azərbaycanın cənub bölgələrindəki kənd ev təsərrüfatlarının gəlirlərini artırmağa və Azərbaycanın şəhər və kənd əhalisi arasında əlaqəni gücləndirməyə kömək edəcək davamlı təkrarlana bilən aqrar turizm / ekoturizmin inkişaf mexanizmini yaratmaq və sınaqdan keçirməkdir






Starxeber Bizi instagramda izləyin