17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Sahibə Qafarova İsveçrə Konfederasiyasının Vitse-prezidenti Alan Berset ilə görüşüb
Siyasət 11.05.2022 243

İsveçrə Konfederasiyasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarovanın başçılıq etdiyi parlament nümayəndə heyəti mayın 11-də bu ölkənin Vitse-prezidenti Alan Berset ilə görüşüb. 

Azərbaycan nümayəndə heyətini səmimiyyətlə salamlayan Alan Berset ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, enerji və digər sahələrdə uğurlu inkişafından məmnunluğunu ifadə edib. O, ölkəsinin Azərbaycana mühüm tərəfdaş kimi yanaşdığını diqqətə çatdıraraq, ölkəmizin ərazi bütövlüyünü hər zaman dəstəklədiklərini qeyd edib. 
Alan Berset 2018-ci ilin yanvar ayında İsveçrə Konfederasiyasının Prezidenti kimi, Davos şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü məmnunluqla xatırladaraq deyib ki, dövlət başçıları arasında müsbət dialoq münasibətlərimizin dərinləşməsinə impuls verir.
 Milli Məclisin sədri Sahibə Qafarova göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan və İsveçrənin dost və tərəfdaş ölkələr olduğunu deyən spiker qeyd edib ki, ölkələrimiz arasında mövcud olan yüksək səviyyəli siyasi əlaqələr müxtəlif sahələrdə əməkdaşlığın daha da genişlənməsinə təkan verir. O, diqqətə çatdırıb ki, yüksək səviyyəli səfərlər və görüşlər ikitərəfli əlaqələrin inkişafında müstəsna rol oynayır.
 Sahibə Qafarova, xüsusilə iqtisadi sahədə mövcud olan əməkdaşlığı qeyd edərək, bildirib ki, bu gün qarşılıqlı investisiya qoyuluşu, biznes strukturları və müəssisələr arasında əməkdaşlıq, biznes forumların və görüşlərin təşkili iqtisadi əlaqələrimizin daha da gücləndirilməsinə imkan verir. İsveçrənin Azərbaycanda enerji və qeyri-neft sektoruna investisiyalar yatırdığını xatırladan spiker ölkəmizdə əlverişli və geniş investisiya mühitinin yaradıldığını bildirib. 
Spiker Sahibə Qafarova Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal enerji və nəqliyyat layihələri haqqında məlumat verərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu qeyd edib. Milli Məclisin sədri Azərbaycanın mühüm nəqliyyat qovşağına çevrildiyini diqqətə çatdırıb. O, həmçinin, qeyd edib ki, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın inkişafında xalqlarımızın ümumi dəyərləri mühüm rol oynaya bilər. Bundan başqa, birgə mədəniyyət tədbirlərinin təşkili, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi bu əməkdaşlığı daha da gücləndirə bilər.
 Azərbaycan və İsveçrə arasında mövcud olan yüksək səviyyəli münasibətlərin qanunverici orqanların əməkdaşlığına da geniş imkanlar yaratdığını bildirən Milli Məclisin sədri qeyd edib ki, parlamentarilərimiz arasında təmaslar, müsbət dialoq, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq bu əlaqələrin daha da dərinləşməsinə şərait yaradır. O, Milli Məclisin sədri kimi İsveçrəyə ilk səfərinin və keçirilən görüşlərin parlamentlərarası münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib. 
Görüşdə spiker Sahibə Qafarova ölkəmizin Vətən müharibəsində əldə etdiyi qələbə və ərazi bütövlüyümüzün bərpasından sonra yaranmış vəziyyət, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində atılan addımlar barədə məlumat verib. O, Ermənistanın vaxtilə işğal altında saxladığı ərazilərimizdə bütün maddi-mədəni sərvətlərimizi talan etdiyini, şəhərlərimizi, kəndlərimizi, məscidlərimizi dağıtdığını bildirib. Milli Məclisin sədri deyib ki, hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərimizin bərpası və yenidən qurulması ilə bağlı genişmiqyaslı layihələr həyata keçirir. Bütün şəhər və kəndlərimiz yenidən qurulur. Spiker İsveçrə şirkətlərinin də azad edilmiş ərazilərdə görülən işlərdə iştirak etməsinin münasibətlərimizin daha da dərinləşməsinə töhfə verə biləcəyini qeyd edib. 
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.






Starxeber Bizi instagramda izləyin