17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Nostradamusun oğurlanan əlyazması Almaniyada tapıldı
Dünya 10.05.2022 185

Nostradamus kimi tanınan fransız astroloq Mişel de Nostredamın İtaliyanın paytaxtı Roma şəhərindəki kitabxanadan oğurlanan əlyazmasının Almaniyada hərraca çıxarılarkən aşkarlanıb.


Operativ24.Az xəbər verir ki, Romadakı Barnabiti Tarixi Araşdırma Mərkəzi Kitabxanasından oğurlanan M.Nostredamın “Profetie di Michele Nostradamo” adlı latın dilindəki əlyazmasının dəqiq tarixi məlum olmasa da, kitabın 2007-ci ildə oğurlandığı bildirilir. XVI əsrə aid təxminən 500 səhifəlik əlyazmanın oğurlanaraq Fransaya aparıldığı, burada “bit bazarı”nda satıldıqdan sonra Almaniyaya gətirildiyi müəyyən olunub. Almaniyanın Ştutqart şəhərindəki hərrac evi kitabı hərraca çıxardıqdan sonra İtaliyanın mədəni irsi qoruma qrupları işin izinə düşüb. İtaliya polisinin Mədəni İrsin Qorunması Komandanlığı alman səlahiyyətliləri ilə əlaqə saxlayıb və əlyazmanın geri qaytarılmasını istəyib. Kitabın hərracda satılmasının qarşısı alınıb.

Almaniyada aparılan ekspertizalarda sözügedən kitabın İtaliyadan oğurlanmış əlyazma olduğu təsdiqləndikdən sonra onun geri qaytarılması prosesi başlayıb. Kitab yenidən Romadakı kitabxanaya gətirilib.//unikal






Starxeber Bizi instagramda izləyin