Hadisə
9.05.2022
419
Jurnalist Ayten Memmedova bıçaqlı hücuma məruz qalıb.
Operativ24.Az xəbər verir ki, bu haqda onun dostları sosial şəbəkələrdə məlumat yayıblar. Xəbərə görə, o yaşadığı binaya daxil olan zaman tanımadığı şəxs hücum edərək boğazına bıçaq dirəyərək son zamanlar yazdığı məhkəmə işini işıqlandırmamağı tələb edib.
Hadisə ilə bağlı Daxili İşlər Nazirliyi araşdırmaya başlayıb.
//“Yeni Sabah”