17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub
Mədəniyyət 13.04.2022 288

Mədəniyyət nazirinin əmri ilə İbrahim Müseyib oğlu Əliyev Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi təyin olunub.


Aprelin 13-də Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbində yeni rəhbərin kollektivə təqdimatı keçirilib. Mədəniyyət Nazirliyinin Strateji inkişaf və layihələrin idarə edilməsi şöbəsinin müdiri – Aparatın rəhbəri v.i.e Vüqar Məmmədov İbrahim Əliyevi kollektivə təqdim edən zaman Baş İdarənin Nazirliyin aparıcı qurumlarından biri olduğunu və bir çox əhəmiyyətli tədbirlərin təşkilində aparıcı rol oynadığını, burada çalışan mütəxəssislərin nazirlik çərçivəsində ekspert kimi cəlb edildiyini xüsusilə vurğulayıb. “Şuşa ili” çərçivəsində keçiriləcək tədbirlərdə, təcrübə mübadilələri zamanı Baş İdarədə çalışan mütəxəssislərin yaxından iştirak etmələrini, bölgələrlə paytaxt müəssisələri arasında birgə layihələrin həyata keçirilməsinin zəruriliyini qeyd edib.

İbrahim Əliyev çıxışında mədəniyyət naziri Anar Kərimova göstərilən etimada görə təşəkkürünü bildirib və Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin mədəniyyət sahəsində qarşıya qoyduğu vəzifələri Bakı şəhəri üzrə uğurla yerinə yetirməyə çalışacağını söyləyib.

Daha sonra V.Məmmədov İdarə qarşısında duran əsas vəzifələrdən söhbət açıb və altı ay ərzində strateji qiymətləndirmələrin aparılması, həssas təbəqələrlə, xüsusilə şəhid ailələri və qazilərlə işin müntəzəm aparılması, mətbuatla iş, ictimaiyyətlə əlaqələrin genişləndirilməsini vurğulayıb. Bu sahələr üzrə tövsiyələr verərək kollektivə uğurlar arzulayıb.

 Qeyd edək ki, Əliyev İbrahim Müseyib oğlu 12 aprel 1976-cı ildə anadan olub.

Ali Peşə Məktəbi–Bakı Kompüter Liseyini, Azərbaycan Dövlət Neft Akademiyasını Avtomatika və texniki sistemlərdə idarəetmə ixtisası üzrə bitirərək bakalavr dərəcəsi, daha sonra həmin Akademiyanı Texniki sistemlərdə idarəetmə və informatika ixtisası üzrə bitirərək magistr dərəcəsi alıb. Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirərək iqtisadçı peşəsinə yiyələnib. Azərbaycan Texniki Universitetinin Nəqliyyat fakültəsini Nəqliyyatda daşımaların və idarəetmənin təşkili ixtisası üzrə bitirib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyində, Bakı Kompüter Liseyində, Azərbaycan Hava Yolları QSC-də, İqtisadi İnkişaf Nazirliyində, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində müxtəlif vəzifələrdə işləyib.

2004 – 2006-cı illərdə Heydər Əliyev Fondunda ictimai əsaslarla çalışıb.

Ailəlidir, 2 övladı var.






Starxeber Bizi instagramda izləyin