17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Jurnalistlər arasında “İdman günü”nə həsr olunan şahmat turniri keçirildi
İdman 28.02.2022 209

Azərbaycan Şahmat Federasiyası və Azərbaycan İdman Jurnalistləri Federasiyasının təşkilatçılığı ilə idman jurnalistləri arasında  “5 mart Bədən Tərbiyəsi və İdman günü”nə həsr olunan turnir keçirilib.

Turnirin açılış mərasimində Vətən müharibəsi şəhidləri və dünyasını dəyişən jurnalistlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ardınca “5 mart Bədən Tərbiyəsi və İdman günü”n tarixi və əhəmiyyəti barədə danışılıb, media nümayəndələrinin idmanın inkişafında mühüm rolu qeyd edilib.

“İdman birləşdirir” şüarı ilə təşkil edilən şahmat yarışında ilk gedişi dünyadan vaxtsız köçən tanınmış jurnalist, televiziya aparıcısı Elnur Əşrəfoğlunun övladı Mətin Şükürov edib.

İsveçrə sistemi üzrə 9 turdan ibarət şahmat yarışında müxtəlif media orqanlarını təmsil edən 22 idman jurnalisti mübarizə aparıb.  

Maraqlı mübarizə şəraitində keçən yarışda maksimum nəticə ilə Ceyhun Əliyev (sport24.az) birinci, 8 xalla Aysel Adıgözəlli (qol.az) ikinci, 6.5 xal toplayan Cəmaləddin Rəhmanov (Milli Olimpiya Komitəsinin informasiya şöbəsi) isə üçüncü yeri tutub. İlk üç yeri tutan iştirakçılara diplom, pul mükafatı, “Azərçay”, P&G, Cinema Plus-dan qiymətli hədiyyələr təqdim olunub.

Dördüncü və beşinci yeri tutan Seymur Teymurov (offsideplus.az) və Siyavuş Əliyevə (İDMAN TV) “Azərçay” və P&G-dən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, “İdman birləşdirir” şüarı ilə təşkil edilən yarışda 22 media nümayəndəsi mübarizə aparıb. “Azərçay”, P&G və Cinema Plus  şirkətlərinin dəstəyi ilə baş tutan şahmat yarışı 9 turdan ibarət olub.   






Starxeber Bizi instagramda izləyin