17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Niyə artığını etməyək?” - Nicat Mehbaliyev
İdman 5.02.2022 5 931

"Qəbələ" klubunun 21 yaşlı qapıçısı Operativ24.az Saytına müsahibə verib. 


- 2021-ci ilin son oyununda "Neftçi" ilə (1:1) heç-heçə yekunlaşan oyunu necə dəyərləndirirsiniz?


- Mövsümün ilk yarısının son oyunu idi, rəqib son çempion "Neftçi" idi, oyun yaxşı keçdi, qarşılıqlı hücumlarla bol olan qarşılaşma oldu. Təbii ki, istəyirdik doğma qələbə qazanaq, amma görüş bərabər yekunlaşdı. Nəticəni ədalətli hesab edirəm.


- Bu gün 2021-2022 mövsümünü yarıladıq. Sözün düzü "Qəbələ" ikinci pillədə başa vurmaqla çoxlarını təəccübləndirdi. Bunun səbəbi nədir? 


-Bəli, mətbuatda, futbol ictimaiyyəti arasında tez-tez rast gəldiyim mövzudur. Bunun səbəbi odur ki, bizdə komanda ruhu var, istək var, mehribanlıqdan əmələ gələn möhləmlik var. İkcini pillədə başa vurduq, çox sevinirik, inşallah yeni ildə yerimizi möhkəmlədib daha da yaxşı uğurlara imza atmaq istəyirik.

- Klub rəhbərliyi bu uğuru mükafatlandırdımı?



- Komanda yoldaşlarımın dediyinə görə Fariz müəllim soyunub-geyinmə otağına gəlib komandanı təbrik edib. Açığı həmin vaxt həkim otağında idim deyə xəbərim olmayıb.

- Zədən ağırdır? 

- Xeyr, yüngül zədə idi, oyunun gedişatında almışdım, artıq sağalıb.

- Qış fasiləsində tempi qoruyub saxlamaq nə qədər çətin olacaq?


- Asan heç nə olmur, nəzərə alsaq ki, çempionatınımızda uzun fasilə olacaq, bütün klublar geridə qalan oyunları analiz edəcək, yeni transferlər reallaşdıracaq, o üzdən çətin olacaq. Təbii ki, biz də öz növbəmizdə gələcəyi düşünürük.


- Avrokuboklarda iştirak şansınız olduqca yüksəkdir. Bu şansı qoruyub saxlamaq üçün komandanın potensialı kifayət qədərdir?


- Bilirsiniz ki, çox da geniş heyətimiz yoxdur, amma buna baxmayaraq çox istəkliyik. Biz bu heyətlə mövsümün yarısını ikinci pillədə vurmuşuqsa, niyə də daha artığını etməyək?

- Gəl bir az sənin oyunundan danışaq. Əsas heyət üzvüsən, ötən mövsüm "Sabah"ın heyətində cəmi 2 oyunda çıxış etsən də bu il "Qəbələ"də tam əksi oldu. Hisslərini necə ifadə edə bilərsən?

- Mənə etimad göstərən hər kəsə təşəkkür edirəm. Bilirik ki, bu gün heç kim gənc qapıçıya etimad göstərib qapıya qoymur. "Sabah" klubunda olanda Ramin müəllim şans verdi, ona da təşəkkür edirəm, təəssüf ki, indi baş məşqçi deyil. Burda isə Elmar müəlimə təşəkkür edirəm etimadına görə. Gənc qapıçıyam, səhvlər də olacaq, çatışmazlıqlar da olacaq, bu futboldur. Elmar müəllim müəllim mənə çox böyük dəstək oldu. Artıq bu turlar ərzində olduqca böyük təcrübə toplamışam, o təcrübə ki, sözlə ifadə etmək çətindir. Çalışıram ən yaxşısını edim, daha da mükəmməl çıxış edim. İnşallah ən yaxşısı olacağına əminəm.



- Deyirlər Nicat bu mövsümün tapıntısıdır...


- Elə deməzdim, özümə görə oyun üslubum var, çalışıram ki, öz yerimi qoruyum, futbolçu kimi imzamı möhkəmlədim. Tapıntı məsələsinə gəlincə isə, bu mövsüm çempionatda əsas heyətdə şans verilən az saylı futbolçulardanam deyə belə deyə deyirlər. (gülür)....


- Gələcək hədəflərin nələrdir? Düşünmüsən ki, artıq milli komanda zamanıdır?


- Qarşıdaki hədəflərim odur ki, yaxşı çıxış edib milli komandaya dəvət almaq istəyirəm, bundan başqa sayılıb-seçilən qapıçılar sırasında yer almaq hədəfimdir.






Starxeber Bizi instagramda izləyin