17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub
Sosial 25.01.2022 288


Yanvarın 25-də Azərbaycan Texniki Universitetində (AzTU) 2021/2022-ci tədris ili üzrə keçirilən qış imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub. Mediaturda AzTU-nun İctimai Şurasının üzvləri, mətbuat nümayəndələri və tələbələrin valideynləri iştirak ediblər.

Qeyd olunub ki, AzTU-da təşkil olunan qış imtahan sessiyası şifahi (texniki fənlər) və test (humanitar fənlər) üsulu ilə keçirilir. Şifahi imtahanların keçirilməsi üçün müşahidə kamerası və səsyazma cihazı ilə təmin olunan 75 imtahan otağı ayrılıb. Test imtahanları isə kompüter zallarında təşkil olunub. Xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq imtahanda iştirak edən bütün tələbələr tibbi maska və digər qoruyucu vasitələrdən istifadə edir. Həmçinin imtahan zamanı tələbələr arasında sosial məsafənin qorunmasına riayət olunur. O da bildirilib ki, sessiya müddətində koronavirusa yoluxmuş tələbələr üçün sessiya bitdikdən sonra xüsusi imtahan günləri təyin olunacaq. Qeyd edək ki, imtahan sessiyası başlayandan bu günə kimi 5 magistrant və 2 bakalavr koronavirusa yoluxub.

Mediaturdan sonra AzTU-nun rektoru Vilayət Vəliyev jurnalistlərin suallarını cavablandırıb. Rektor bildirib ki, universitetdə aparılan reformaların əsas hədəfi tədris olunan fənlərin sayının azaldılmasına yönəlib. Hazırda tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində də mühüm işlərin həyata keçirildiyini deyən rektor növbəti tədris ilində universitetin müasir kitabxanasının istifadəyə verilməsinin nəzərdə tutulduğunu jurnalistlərin diqqətinə çatdırıb.

Qeyd edək ki, AzTU-da qış imtahan sessiyası fevralın 2-də yekunlaşacaq.

Operativ24.az 






Starxeber Bizi instagramda izləyin