17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərişıq ASC-nin Kommunikasiya Strategiyası hazırlanmışdır
Sosial 19.01.2022 157

Tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında" 2017-ci il 4 aprel tarixində 1313 nömrəli fərman imzalanmışdır. Azərişıq ASC-nin əsas prioritetlərindən biri vətəndaşların enerji təchizatı şəbəkəsinə qoşulması prosesini sadələşdirmək və onların olduğu ünvanı tərk etmədən səmərəli şəkildə müraciət etmək imkanını yaratmaq olmuşdur. Bu məqsədlə pandemiya dövründə hərəkət məhdudiyyəti zamanı sahibkarların online qaydada Elektron Müraciətlərin İdarə Olunması Sistemi vasitəsi ilə müraciət etmək imkanlarının olması onların enerji təchizatı şəbəkəsinə qoşulmasını asanlaşdırmışdır.

Belə ki, vətəndaşlar E-GOV (elektron hökümət portalı), e-service.azerishiq.az saytından onlayn qaydada müraciət etməklə obyektini elektrik enerjisi ilə təmin edə bilər. Eyni zamanda Azərişıq ASC Elektron Hökumət Portalına “Əhali istehlakçılarının ad dəyişdirilməsi”, “Borcun olmaması haqqında arayışın verilməsi” və sairə kimi xidmətləri inteqrasiya etmiş və yaxın zamanlarda bir çox xidmətlərin də inteqrasiyası nəzərdə tutulmuşdur.
      Azərişıq ASC-nin də təmsil olunduğu Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasının “Elektrik Təchizatı Şəbəkəsinə Qoşulma” üzrə İşçi qrupunun əsas məqsədi ölkədə effektiv biznes mühitini formalaşdırmaq, beynəlxalq reytinqlərdə və enerji əlçatanlığında onun mövqeyini yüksəltməkdir. Bu məqsədlə İşçi qrupu tərəfindən 2022-2025-ci illəri əhatə edən Kommunikasiya Strategiyasının hazırlanması qərara alınmışdır. Həmin qərarın icrası ilə əlaqədar olaraq Azərişıq ASC beynəlxalq reytinqə sahib olan Deloitte şirkəti ilə əməkdaşlıq edərək elektrik təchizatı şəbəkələri üzrə sahibkarlıq subyektlərinin məlumatlılıq və məmnunluq səviyyəsinin daha da artırılmasına xidmət edən Kommunikasiya Strategiyası tərtib etmişdir. Azərişıq ASC-nin Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyası maraqlı tərəflərlə əlaqələrin qurulması, internet resurslarının və sosial media hesablarının idarə edilməsi, müsbət imicin formalaşdırılması, Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, təbliğat işinin effektiv şəkildə aparılması və kommunikasiya fəaliyyətinin strateji planlaşdırılmasını nəzərdə tutur.
Cəmiyyət tərəfindən həyata keçirilən yeniliklər ilə bağlı vətəndaşların maarifləndirilməsi istiqamətində mütəmadi olaraq enerji təchizatı şəbəkəsinə qoşulma ilə əlaqədar olaraq sahibkarlar ilə görüşlər, pressturlar keçirilir və yeniliklərlə bağlı məlumatlar verilməkdədir. Eyni zamanda 199 Çağrı Mərkəzində vətəndaş problemlərinin şəffaf şəkildə həll olunması ardıcıllığının təmin olunması məqsədi ilə ticketing sistemi yaradılmışdır. Buda vətəndaş müraciətlərinin aidiyyəti üzrə şöbələrə yönləndirilərək səmərəli şəkildə cavablandırılmasına köməklik göstərir.
Görülən işlərin nəticəsi olaraq bildirmək istəyirik ki, Azərişıq ASC Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN Xidmət indeksi" üzrə aparılmış qiymətləndirmədə kommunal xidmətlər arasında birinci yerə layiq görülmüşdür. Aparılmış islahatlar nəticəsində 2021-ci il ərzində onlayn müraciətlərin sayında 2020-ci ilə nisbətdə xeyli artım müşahidə olunmuşdur.






Starxeber Bizi instagramda izləyin