17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Cəlilabad rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır
Sosial 12.01.2022 124

Cəlilabad rayonunda torpaq məcralı kanal beton üzlüyə alınır

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov bildirib ki, Cəlilabad Suvarma Sistemləri idarəsi tərəfindən Cəlilabad rayonunda növbəti suvarma mövsümünə hazırlıq işləri həyata keçirilir. Tədbirlər planına uyğun olaraq ötən il kanalların lildən təmizlənməsi 100 faiz yerinə yetirilib. 24№-li nasos stansiyanın mexaniki kanalında, 500 metr betonlama işləri görülüb ki, bu da suvarma mövsümündə yarana biləcək su itkisini minimuma endirəcək. Bundan başqa cari təmir planında 27 ədəd hidrotexniki qurğu, 2 ədəd nasos stansiya təmir olunub.
Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 12 ədəd nasos stansiya var. Onlardan 10 ədədi dizellə, 2 ədədi elektriklə işləyir. Suvarılan torpaqların 4560 hektarı da məhz nasoslar vasitəsilə suvarılır. Rayonda suvarma mövsümündə əhəmiyyətli hesab edilən əsas vasitələrdən biri də su tutarlarıdır. İdarənin balansında olan 3 ədəd su tutarlarında növbəti mövsüm üçün kifayət qədər su toplanıb.
Qeyd edək ki, Cəlilabad Suvarma Sistemləri İdarəsinin balansında 11310 hektar suvarılan sahə mövcuddur. Bu sahələrin 7083 hektarı taxıl, 1150 hektarı üzüm, 738 hektarı yem bitkiləri, 150 hektarı pambıq, 220 hektarı həyətyanı sahə, 1969 hektarı isə meyvə tərəvəz və bostan bitkilərindən ibarətdir. Ötən 2021-ci ildə 11310 hektar sahədə 2,2 dəfə olmaqla ümumilikdə 24882 hektar sahələrin suvarılması aparılıb.






Starxeber Bizi instagramda izləyin