17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Qazaxıstan inqilabı Kremldə hazırlanıb? – Putini buna məcbur edən səbəblər
Dünya 5.01.2022 156

Qazaxıstanda maye qazın iki dəfə bahalaşması bir sıra şəhərlərdə kütləvi etirazlara səbəb olub. Vəziyyət elə bir həddə çatıb ki, Qazaxıstan Prezidenti Qasım Jomart Tokayev hökuməti istefaya göndərib. Bundan başqa, hökumət etirazlar fonunda ölkənin Manqistau və Aktübin vilayətində maye qazın qiymətini aşağı salmaq qərarına gəlib. Belə ki, litri 120 təngəyə qaldırılan qazın qiyməti yenidən 50 təngəyə endirilib.
 
Amma nə qaz qiymətlərinin endirməsi, nə də prezidentin hökuməti istefaya göndərməsi qəzəbli kütləni sakitləşdirməyib. Maraqlıdır, Qazaxıstanda nə baş verir və hadisələrin bundan sonrakı inkişafı hansı isqiqamətdə inkişaf edə bilər?
 
Qazaxıstanda baş verən etirazların yalnız hansısa bahalaşmaya narazılıq olduğunu düşünmək sadəlöhvlük olardı. Axı etirazçıların səbəbi həqiqətən də təbii yanacağın qiymətinin iki dəfə artması idisə, hökumətin 120 təngəyə qaldırılan qazı yenidən 50 təngəyə endirməsi ilə hadisələr sakitləşərdi. Etirazçılar isə hökumətin bu geri çəkilməsini qəbul etmir və aksiyalar artan templə davam edir. Sadəcə olaraq, yanacağın bahalaşması etiraz aksiyalarını alovlandıran səbəb rolunda çıxış edib. Amma göründüyü kimi bu, etirazların yeganə səbəbi deyil.
 
Etirazların arxasındakı gizli güc kimdir?
Qazaxıstanda baş verən etirazlar iqtisadi və sosial amillə bağlı olmaqla yanaşı, həm də Kremldə hazırlanmış və anarxiya, xaosa hesablanmış ssenariyə daha çox bənzəyir. Məsələ ondadır ki, son günlər rusiyalı deputatların bir çoxu rəsmi televiziya kanallarında çıxışı zamanı tez-tez Qazaxıstanın tarixən dövlət kimi mövcud olmadığını, hazırkı qazax torpaqlarının vaxtilə Kreml tərəfindən onlara verildiyini vurğulayırlar. Bu isə "Qazaxıstan deyə bir ölkə heç bir zaman olmayıb” deyən Rusiya Prezidenti Vladimir Putinin sözlərinin təkrarıdır.
 
Kremlin məqsədi nədir?Rusiyanın indiki halda Qazaxıstanda sabitliyi pozmasının bir neçə səbəbi ola bilər. Birincisi, Qazaxıstan son illərdə xarici siyasət kursunda Kremli narazı salacaq addımlar atmaqda davam edirdi. Ölkənin latın qrafikalı əlifbaya keçməsi, keçmiş SSRİ-dən qalan şəhər adlarının milli adlarla əvəzlənməsi, qazax dilinin ön plana keçərək rus dilini sıxışdırması və s. qərarlar Kremlin diqqətindən yayınmayıb. Aydın məsələdir ki, rəsmi Nursultan Kremlin başının Ukraynanın şərqində və Qafqazda qarışmasından istifadə edərək təmkinlə ölkədəki Rusiya təsirini azaltmağa çalışırdı. Hesab edirəm, Kreml Qazaxıstandakı təsirinin azalmasından narahatdır və mövcud etirazlar fonunda rəsmi Nursultana açıq mesaj verir.
 
İkincisi, Qazaxıstan sahəsinə görə, dünyanın 9-cu ən böyük ölkəsidir. Eyni zamanda Qazaxıstan dünyanın ən böyük neft və qaz ixrac edən ölkələrindəndir. Bununla belə, bu ölkənin hazırda ən böyük problemi əhali sayının az olmasıdır. Cəmi 18 milyon olan əhalinin bir qismini isə ruslar təşkil edir. Müstəqilliyin ilk illərində ölkədəki əhalinin 37 faizini rus əsilli insanlar təşkil edirdi. İndi bu nisbət dəyişsə də, ölkədə bu qədər rus əsilli vətəndaşın olması Qazaxıstanda Ukrayna ssenarisinin təkrarlanacağı ehtimalını yüksəldir.
 
Üçüncüsü, Qazaxıstan hazırda Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində kilid ölkələrdən hesab edilir. Çindən gələn ticarət yolu Qazaxıstan üzərindən Azərbaycana, Zəngəzur dəhlizindən Ermənistana, Türkiyə üzərindən isə Avropaya qədər uzanacaq.
 
Rusiya indiki halda Qazaxıstanın özündən asılı olmasını və Çinin "bir kəmər, bir yol" layihəsində əsas ölkə roluna malikliyini istəmir. Rəsmi Moskva Qazaxıstan torpaqlarından keçəcək xəttin öz torpaqlarından, daha dəqiq desək Orlenburg, Çelyabinsk, Omsk kimi şəhərlərdən keçməsini istəyir.






Starxeber Bizi instagramda izləyin