17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Təhsil Nazirliyi buna görə TƏNQİD OLUNDU
Sosial 4.01.2022 580

"Təhsil Nazirliyinin rəsmi internet saytına daxil olmaq üçün hər dəfə edu.gov.az ünvanını yazırıq. Sual ola bilər ki, burda nə qəbahət var? Böyük mənada heç bir. Ancaq nəzərə almaq lazımdır ki, bu nazirlik ölkədə Azərbaycan dilinin tədrsinə, təbliğinə və qorunmasına birbaşa məsul qurumdur. Digər dövlət qurumlarından fərqli olaraq onun saytının ünvanı ingilis dilində olmamalıdır. Niyə məsələn, Səhiyyə Nazirliyi sehiyye.gov.az, Maliyyə Nazirliyi maliyye.gov.az kimi ünvanlar qeydiyyat keçirir, amma dil məsələsində digər qurumlara nümunə olmalı olan Təhsil Nazirliyi tehsil.gov.az olmasın?".

Redaktor.az xəbər verir ki, bunu iqtisadçı ekspert Samir Əliyev özünün feysbuk hesabında yazıb.

"Deyə bilərsiniz ki, həmin ünvanı yazanda onsuz da sayta daxil olmaq olur. Bəli, tehsil.gov.az sözü yazanda da edu.gov.az-a yönləndirmə olur. Məsələ ondadır ki, nazirlik hər yerdə internet ünvanlarını, hətta email ünvanlarını edu.gov.az ilə göstərir. Məlumat üçün bildirim ki, Rusiyada analoji qurumun (Министерство науки и высшего образования) internet ünvanı minobrnauki.gov.ru, Türkiyədə (Millî Eğitim Bakanlığı) meb.gov.tr kim yazılır.

Göründüyü kimi ünvan öz dillərindədir. Əlbəttə ingilis dilində olan ölkələr də var. Məsələn, Gürcüstan. Əvvəla, Gürcüstanın əlifbası latın əlifbasından fərqli olaraq əcnəbilər üçün çox qəlizdir. İkincisi, rəsmi internet saytları əcnəbilər üçün yox, ölkə vətəndaşları üçündür. Çalışmaq lazımdır ki, ölkə vətəndaşlarının çıxış imkanları asan və rahat olsun. Üçüncüsü də indiki dövrdə heç kim, o cümlədən əcnəbilər sayt adını yadda saxlamır. Google axtarış sistemində axtarılan qurumun adını yazmaqla istənilən ünvanı tapmaq olur. Nəhayət, "facebook" dostlarımız “təhsilin 100 probleminin içində bu, heç nədir” kimi irad bildirə bilərlər. Tamamilə haqlıdırlar və bölüşürəm. Ancaq vacib problemləri həll edə bilmirlər və bunun onlardan asılı olmadığını bildirirlər, heç olmazsa özlərindən asılı olan kiçik texniki problemi həll etməyə qadir olsunlar", - deyə Samir Əliyev bildirib.






Starxeber Bizi instagramda izləyin