17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
AKİA Şamaxıya media-tur təşkil edib - FOTO
Sosial 27.12.2021 470

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) bir qrup jurnalistləri Şamaxı şəhərinə səfərlərini təşkil edib.

 

Media nümayəndələri ilk olaraq Şamaxı Üzüm Tingçilik Mərkəzinin gəaliyyəti ilə tanış olublar.
 

Məlumat verilib ki, Şamaxı Üzüm Tingçilik Mərkəzi bu ilin noyabr ayının 1-də ölkə başçısı İlham Əliyevin iştirakı ilə açılışı olub. Mərkəzin yaradılmasında məqsəd respublikanın üzümçülük təsərrüfatlarını müxtəlif iqlim şəraitinə adaptasiya qabiliyyətli, fillokseraya davamlı calaq-üzüm əkin materialı ilə təmin etməkdir. Mərkəzin illik istehsal gücü 1 milyon ədəd ting təşkil edir. Qeyd olunub ki, 1,2 hektar sahədə salınan Şamaxı Üzüm Tingçilik Mərkəzinin fəaliyyətə başlaması üzüm tinglərinə olan tələbatın yerli istehsal hesabına ödənilməsini təmin etməklə xaricə valyuta axınının qarşısını alacaq. Burada istehsal olunan tinglər region və Mərkəzi Asiya ölkələrinə ixrac olunacaq.
 

Media nümayəndələrinin növbəti dayanacağı Şamaxı Safari Parkı olub. Qeyd edək ki, səfər edən jurnalistlər ilk dəfə idilər ki, Safari Parklar tanış olurdular. Böyüklüyünə, eləcə də heyvanlarının sayı və növünün çoxluğuna görə nəinki Azərbaycanda, ümumiyyətlə Qafqazda yeganə və tək hesab edilən Şamaxı Safari Parkı KİV nümayəndələrinin xeyli marağına səbəb olmuşdur.
 

Safari parkın turizm üzrə koordinatoru Leyla Əliyeva jurnalistlərə bildirib ki, park 2017-ci ilin oktyabrında açılsa da, müəyyən texniki səbəblərdən və pandemiyaya görə ziyarətçi qəbul edə bilməyib. Hazırda isə ziyarətçilər safari parka gələ bilərlər. Bura ərazisinin böyüklüyünə, heyvanların növ zənginliyinə, yaxın məsafədən heyvanları müşahidə etmək imkanına görə Qafqazın ən böyük safari parkı adlandırıla bilər.
 

Leyla Əliyeva əlavə edib ki, parkın yaradılmasının səbəbi belə bir möhtəşəm təbiəti, canlıları insanların da görməsinə imkan yaratmaqdır: "Safari parkın məqsədi insanlarda heyvanlara sevgini aşılamaq, insanla heyvanın yaxın ünsiyyət qurmasına imkan yaratmaqdır. Avropada, Amerikada vəhşi təbiətdən olan heyvanlar insanların yaşadığı ərazilərə gələ bilirlər. Çünki onların insan qorxusu yoxdur. Onlar insana təhlükə kimi baxmırlar. Amma bizdə belə deyil. Odur ki bizdə də vəhşi canlılara yanaşma bir az dəyişməlidir".
 

Xatırladaq ki, safari park vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub.
 

Səfərin sonunda media nümayəndələri arıçılıq təsərrüfatı ilə tanış olublar. Məlumat verilib ki, arıçılıq – bal arılarının yetişdirilməsini, çoxaldılmasını, saxlanmasını, onlardan entomofil kənd təsərrüfatı bitkilərinin tozlandırılmasında istifadə edilməsini, arıçılıq məhsullarının istehsalını və emalını əhatə edən kənd təsərrüfatı sahəsidir. Arıçılıq iqtisadi cəhətdən yüksək rentabelli fəa­liy­yət sahəsi, əhalinin sağlamlığını qoruyan qida və müalicə əhəmiyyətli məhsullar mənbəyi, həm­çi­nin kənd təsərrüfatının digər sahələrində məhsuldarlığın yüksəldilməsinə ciddi töhvə verən ekoloji amildir.






Starxeber Bizi instagramda izləyin