17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
2021-ci il Azərbaycan Milli Karate Federasiyası (AMKF) üçün ən uğurlu illərdən biri olub
İdman 27.12.2021 198

Milli komandanın üzvləri iştirak etdiyi yarışlarda yüksək nəticələr əldə ediblər. Karateçilərimiz bu il yeniyetmə və gənclər, həmçinin böyüklər Avropa çempionatında, o cümlədən Dünya çempionatında qızıl medalla birgə müxtəlif əyarlı mükafatlara sahib olublar.
 
     Olimpiya proqarmına ilk dəfə daxil edilən karate yarışlarında ən yüksək nəticə də istər dünyada, istərsə də ölkədə məhz Azərbaycan idmançılarına məxsus olub. Olimpiadaya vəsiqə qazanan 3 idmançımızdan ikisi final görüşlərində mübarizə aparıb. Noyabrda Dubayda Dünya çempionatının nəticələrinə əsasən iki idmançımız 2022-ci ildə Dünya Oyunlarına birbaşa vəsiqə qazanıb.
 
     Bu il federasiyanın uğurları sırasına Olimpiadanın karate yarışlarını idarə edən 15 hakim arasında Azərbaycan təmsilçisinin olmasını, rəsmi yarışlarda beynəlxalq hakimlərimizin sayının artmasını və böyüklər seçmə komandasının heyətinin gəncləşdiriməsini də əlavə etmək olar. 
 
     2021-ci ildə müxtəlif yaşlı milli komandaların üzvləri Dünya Karate Federasyasının (WKF) nüfuzlu Gənclər Liqası və Premyer Liqa turnirləri ilə yanaşı Dünya Kuboku, 1-ci MDB Oyunları, iki Avropa və bir Dünya çempionatında iştirak ediblər. Bundan başqa karateçilərimiz Dünya Şotokan Federasiyasının (WSF) Dünya çempionatında böyük nəticələr əldə ediblər. Daha bir uğur isə AMKF-in prezidenti Yaşar Bəşirovun 80-dək ölkənin üzv olduğu WSF-yə prezident seçilməsi olub. 
 
     Nəticələrə gəlincə, 2021-ci ildə 14 rəsmi və bir sıra digər beynəlxalq yarışlarda iştirak edən azərbaycan karateçiləri 319 medal qazanıblar. Mükafatlar arasında 89 qızıl, 118 gümüş, 112 bürünc medal var. Daha dolğun məlumat aşağıda qedy edilir:
 
- Yeniyetmələr və Gənclər arasında Avropa çempionatında – 3 qızıl, 1 qümüş,  3 bürünc; 
- Gənclərin Premyer Liqa turnirlərində – 7 qızıl,  5 qümüş, 3 bürünc; 
- Dünya kubokunda – 1 qızıl, 3 qümüş, 2 bürünc; Para Karate  – 1 qızıl; 
- “I MDB Oyunları”nda (U21) – 1 qızıl, 3 qümüş, 5 bürünc;
- Beynəlxalq məktəb idman oyunları (U15) – 1 qızıl, 3 qümüş, 3 bürünc;
- XXXII Yay Olimpiya Oyunlarıda – 2 qümüş;
- Karate1 Premyer Liqa turnirlərində –  2 qümüş, 7 bürünc; 
- Avropa çempionatında – 1 qızıl, 1 qümüş, 1 bürünc; Para Karate  – 1 qızıl, 2 bürünc; 
- Dünya çempionatında – 1 qızıl,  1 bürünc, Para Karate  – 2 bürünc;
- WSF-nin 11-ci Dünya Şotokan çempionatında – 15 qızıl, 9 qümüş, 12 bürünc;
- Digər beynəlxalq yarışlarda – 16 qızıl,  12 qümüş,  12 bürünc; 
 
     Bu nəticələr dövlətimizin diqqət və qayğısı sayəsində getdikcə artmaqdadır. Noyabrda Dubayda Dünya çempionatında qazanılan nəticələrə görə Gənclər və İdman naziri Fərid Qayıbov, eləcə də Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digər rəsmilər tərəfindən görüşlər karateçilərimizə gələcək yarışlarda böyük uğurlar əldə etmək üçün yüksək stimul verir. 
 
Media və İctimaiyyətlə İşlər katibiu Sənan Məhərrəmov






Starxeber Bizi instagramda izləyin