17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
SPAN AZƏRBAYCANDA ÖZ QABAQCIL TƏCRÜBƏSİNİ VƏ YENİLİKLƏRİNİ BÖLÜŞÜB
Sosial 25.11.2021 548


BÜ GUN BAKIDA KEÇİRİLƏN 5 İLLİK YUBİLEY TƏDBİRİNDƏ SPAN ƏN MÜASİR BİZNES HƏLLƏR VƏ GƏLƏCƏK PLANLARINI TƏQDİM EDİB.

Bakı, 25 noyabr, 2021

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti Span  Azərbaycanda fəaliyyətinin 5 ilinin tamam olması münasibətilə yerli şirkətlər üçün xüsusi tədbir keçirib. 

İT üzrə mütəxəssislər, innovativ yeniliklərdən xəbərdar olmaq istəyən şirkətlər və media nümayəndələrinin iştirakı ilə keçirilən tədbir Robotik Proseslərin Avtomatlaşdırılması, Microsoft 365 əsasında aparıcı təhlükəsizlik həlləri, Microsoft Dynamics 365 və Microsoft Power Platform və s. mövzuları əhatə edib. 

Tədbirdə Span şirkətinin Azərbaycan üzrə baş meneceri Fəxrəddin Zeynalov, ərazi üzrə satış rəhbəri Tahir Əliyev, beynəlxalq biznesin inkişafı üzrə direktoru Jelko Qaliç (Željko Galić), bulud texnologiyaları üzrə mütəxəssis Matey Mezqa (Matej Mezga), Microsoft Dynamics CE/Power Platforma Həlləri üzrə arxitektor Marko Batur (Marco Batur) və Span qrupunun üzvü olan bonsai.tech-in biznes prosesslərinin avtomatlaşdırılması (BPA) üzrə direktoru Davor Şibenik (Davor Šibenik) şirkətin planları və ən son İT həlləri, eləcə də bulud, təhlükəsizlik və dəstək xidmətləri barədə maraqlı təqdimatlarla çıxış ediblər. 

Span Azərbaycan şirkətinin baş meneceri  Fəxrəddin Zeynalov şirkət tərəfindən yaradılan rəqəmsal platformaların  müştərilərin biznes planlarının reallaşmasına, bizneslərinin qlobal miqyasda genişlənməsinə kömək olduğunu bildirib.

“Rəqəmsal gələcəyinizin qurucusu olan Span ən yaxşı İT həlləri ilə biznesin təhlükəsizliyinə töhfə verməyi, eyni zamanda, özəl və dövlət sektorunun rəqəmsal transformasiyasına kömək etməyi hədəfləyir. Span komandası şirkətin uzunillik təcrübəsi ilə Azərbaycan bizneslərinə regional və qlobal bazarda əsl gücə çevrilmək üçün dəstək olmağa çalışır. Span Azərbaycan şirkətlərinə İT infrastrukturunu Avropanın rəqəmsallaşdırılmış standartlarına uyğunlaşdırmaqda kömək etmək üçün buradadır.”, - deyə baş menecer qeyd edib. 


Azərbaycanda fəaliyyət göstərdiyi ilk beş il ərzində Span aparıcı telekommunikasiya operatorlarına Microsoft Dynamics həlləri ilə müştəri münasibətlərinin transformasiyasına kömək edən bir sıra layihələr reallaşdırıb. Span müəssisə və korporativ müştərilər üçün kibertəhlükəsizlik, proqram təminatı aktivlərinin idarə edilməsi üzrə məsləhət, data analitika, məlumat mərkəzinin modernləşdirilməsi sahələrində layihələr həyata keçirir. Microsoft-un Lisenziyalı Həllər Provayderi kimi şirkət aparıcı bizneslərə həllər və rəqəmsal transformasiya üzrə məsləhətlər təklif edir. Microsoft texnologiyaları sahəsində aparıcı regional Microsoft partnyoru olaraq şirkət bulud konsultasiyası və tətbiqindən tutmuş təhlükəsizlik və dəstək xidmətlərinədək sürətlə inkişaf edən rəqəmsal dünya üçün həllər təqdim edir.

Span Azərbaycanın fəaliyyəti və ən son yenilikləri barədə daha ətraflı məlumat üçün Linkedin - https://bit.ly/3kCV1W4 və Facebook - https://bit.ly/3oADzD4 səhifələrimizi izləyin.

Span şirkəti haqqında:

Altı qitədə 1200-dən çox müştəriyə xidmət edən Xorvatiyanın İT şirkəti Span iri müəssisə və biznes nümayəndələri üçün informasiya sistemlərinin layihələndirilməsi və tətbiqi xidmətləri, həmçinin texniki dəstək üzrə ixtisaslaşıb. Biznesin rəqəmsal transformasiyası sahəsində 28 ildən çox beynəlxalq təcrübəyə malik olan Span etibarlı və dəyərli İT tərəfdaşıdır. Hazırda Span Group-da 500-dən artıq mütəxəssis çalışır. 


Operativ24.az 






Starxeber Bizi instagramda izləyin