17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Uşağa görə verilən 200 manat pulu BELƏ ALA BİLƏRSİNİZ - Valideynlər, DİQQƏT
Sosial 25.11.2021 316

Ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik 200 manat məbləğində müavinət nəzərdə tutulub. Apardığımız sorğu onu göstərdi ki, bu müavinətdən hələ də xəbərsiz olan valideynlər var. Sıradakı süjetimiz sözügedən müavinətin əldə edilməsi prosedurlarından bəhs edir.

Manset.az xəbər verir ki, 2019-cu ilin aprelin 1-dən Dövlət Sosial Müdafiə Fondu tərəfindən uşağın anadan olmasına görə 200 manat məbləğində birdəfəlik müavinət müəyyənləşdirilib. Lakin bu müavinəti alanlar da var, bundan xəbərsiz olanlar da.

DSMF-nin mətbuat katibi Rəşad Mehdilinin sözlərinə görə, uşağın anadan olmasına görə birdəfəlik müavinəti həm işləyən, həm də işləməyən valideynlər ala bilər. 

Rəşad Mehdili bildirib ki, işləyən valideynə məcburi dövlət sosial siğortası hesabına uşağın anadan olmasına görə birdəfəlik müavinətin təyinatı proaktiv qaydada həyata keçirilir.

Rəşad Mehdili bildirib ki, hər iki valideyn işləmədiyi halda birdəfəlik müavinət Azərpoçt MMC vasitəsilə çatdırılır. Həmin vəsaiti Azərpoçtun istənilən filial və ya şöbəsindən əldə edə bilərlər.  

Qurum rəsmisi əlavə edib ki, müavinətlə bağlı əlavə məlumat almaq üçün DSMF-nin sosial siğorta və fərdi uçot üzrə mərkəzi filialının çağrı mərkəzinin (012)562 20 11 nömrəsi ilə əlaqə saxlaya bilərlər.

 Qeyd edək ki, uşağın anadan olmasına görə birdəfəlik müavinət üçün müraciət müddəti məhdudlaşdırılmır. 






Starxeber Bizi instagramda izləyin