Qarabağ uğrunda döyüşən rusəsilli azərbaycanlı: “Vətən anadır, əsl ana”

Aleksandr Kornev 44 günlük Vətən müharibəsində iştirak edən rusəsilli azərbaycanlılardandır.


 Vətənin çağırışına səs verən bir çox fərqli milli mənsubiyyətə malik Azərbaycan oğulları kimi o da tarixi ədalət uğrunda mübarizəyə biganə qala bilməyib.

 

Baku TV Qarabağ qazisi barədə reportaj hazırlayıb.

"Vətən anadır, əsl ana. Mən burada böyüyüb, burada yaşamışam. Vətəni qorumaq borcum idi, şərəfim idi”, - deyə o bildirib.

 

Aleksandr bir müddət Rusiyada işləyib. Babasının ölümü ilə əlaqədar dəfndə iştirak etmək üçün Azərbaycana qayıdıb və qaynar hadisələrin düz mərkəzinə düşüb.

 

Daha ətraflı Baku TV-nin videomaterialında:



Showxeber Bizi instagramda izləyin



Sosial 22.11.2021 253
Bütün Xəbərlər