17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Özəlləşdirmə çeki sahiblərinin ÜZLƏŞDİYİ HAQSIZLIQ: "Bu, kobud hüquq pozuntusudur"
Sosial 20.11.2021 565

"Ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır". 

Son  günlər 1996-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən imzalanan fərmana əsasən,  1997-ci ildə anadan olmuş bütün ölkə vətəndaşlarına miras əmlak payı olaraq verilən özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məsələsi aktuallaşıb. Məlumdur ki, bu çeklər dövlət qiymətli kağızları olmaqla yanaşı, həm də mülkiyyət hüququ daşıyır. Belə ki, özəlləşdirmə çeklərinin üzərində yazılıb: "Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir". Milli Məclisin bir sıra deputatları hesab edirlər ki, qeyri-qanuni şəkildə istifadəsi dayandırılan özəlləşdirmə çeklərinin yenidən bərpası əlində çeki qalmış insanların hüquqlarını bərpa edəcək və bu fonda vətəndaşlara kompensasiyanın ödənməsinə ehtiyac var. 


Mövzu ilə bağlı “Altay” Sosial-İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisadçı Elçin Bayramlı öz fikirlərini Operativ24.az-ın əməkdaşı ilə bölüşüb. 

Elçin Bayramlıya görə, o vaxtı özəlləşdirməyə çıxarılan bütün əmlakın imkanlı və vəzifəli şəxslərin əlinə keçirilməsi sıravi vətəndaşların aldadılmasına və özəlləşdirmə çeklərindən səmərəli istifadə etməsinə əngəl törədib: 

"Son vaxtlar çeklərlə bağlı çağırışlar artıb. Bunun əsas səbəbi odur ki, özəlləşdirmə çekləri ilə bağlı aparılan proses ədalətli və şəffaf olmayıb. Sosialist respublikadan kapitalist respublikaya keçəndə ölkənin bütün əmlakı ümumxalq mülkiyyəti sayıldığından əhali arasında bölünməli idi. Ümumi mülkiyyətin o vaxtkı dəyəri hesablandı və bu 7 milyon nəfərlik ölkə əhalisinin sayına nisbətdə bölünərək çek formasında paylandı. Vətəndaşlar bu mülkiyyət payları ilə ölkənin bölünən əmlakından özlərinə düşən hissəni ala bilərdilər və ya hansısa iri özəlləşdirmə obyektlərində o payla iştirak edə bilərdilər. Lakin necə oldusa adi vətəndaşlardan demək olar ki, heç kim heç nəyi özəlləşdirə bilmədi, ölkənin özəlləşdirməyə çıxarılan bütün əmlakı imkanlı və vəzifəli şəxslərin əlinə keçdi. Bu payların qiyməti qəpik-quruş oldu, yəni bir payla uzağı 1 qutu siqaret almaq olardı. Qeyd olunan paylarla ən kiçik bir əşyanı belə özəlləşdirməkdən söhbət belə gedə bilməzdi. 

Bu qiymətə çekləri vətəndaşlardan toplayan imkanlı və ya vəzifəli şəxslər dövlət müəssisələrini, müxtəlif obyektləri, təsərrüfatları su qiymətinə ələ keçirdilər. 
Səhv etmirəmsə, o vaxtkı hesablama ilə ölkənin özəlləşdirməyə açıq əmlakının dəyərini əhali sayına böləndə hər payın dəyəri ən azı 800 dollar qiymətində olmalı idi. Lakin bu çeklər heç 80 sent dəyərində də olmadı. Bu konkret olaraq o deməkdir ki, ümümxalq əmlakının bölünməsindən əhaliyə heç nə çatmadı. Yenə kəndlərdə yaşayanlara heç olmasa bir az torpaq sahəsi bölündü. Şəhərlərdə yaşayanlar isə atalarının, analarının, babalarının, nənələrinin qurub yaratdığı ümumi əmlakdan bir çöp də əldə edə bilmədilər". 

Ekspert hesab edir ki, əlində çekləri qalmış vətəndaşlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməsi prosesin ədalətli təşkilinə səbəb olacaq: 

"Qısa və konkret desək, özəlləşdirmə çekləri kampaniyası tam iflasa uğradı və əhaliyə ölkənin ümumi əmlakından heç nə çatmadı. Bu, kobud hüquq pozuntusudur və vətəndaşların pozulmuş hüquqları bərpa edilməlidir. Ədalət hansısa formada bərpa olunmalıdır. O vaxtkı özəlləşdirmədə heç nə əldə etməyənlərin siyahısı tutulmalı, onlara özəlləşdiriləcək dövlət əmlakından səhmlər formasında hissə verilməlidir. Hazırda demək olar ki, ölkədəki bütün obyektlər və əmlaklar hüquqi və mənəvi olaraq vətəndaşlarındır. Onların bu halal payı fırıldaqçılar tərəfindən zorla əllərindən alınmış sayılır".






Starxeber Bizi instagramda izləyin