Ermənistanın müdafiə naziri Arşak Karapetyan baş nazir Nikol Paşinyanın qərarı ilə tutduğu vəzifədən azad ediləcək.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı ermənilərə məxsus Telegram kanalları yayıb.
Mənbə yazır ki, baş nazirin müavini Suren Papikyan müdafiə naziri təyin olunacaq.
Qeyd edək ki, Arşak Karapetyanın işdən çıxarılma səbəbi açıqlanmır.