17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Azərbaycanlı əkiz bacılar tennis yarışının qalibi oldular
İdman 15.11.2021 235

ABŞ-da yaşayan azərbaycanlı əkiz bacılar Sabrina və Zarina Novruzovalar Nevada ştatında keçirilən tennis üzrə yarışda çempion olublar.


Operativ24.Az xəbər verir ki, çempion bacılar ABŞ-da yaşayan azərbaycanlı sirk ustası Üzeyir Novruzovun qızlarıdır.

Ü.Novruzov "Azərtac"a müsahibəsində qızlarının uğur hekayəsindən danışaraq deyib:

“Qızlarım Kaliforniya ştatının San Xose şəhərində anadan olublar. Onlar “Qərb Karyerası və Texniki Akademiya” (West Career and Technical Academy) məktəbində 10-cu sinifdə təhsil alırlar. Onlar ABŞ-ın Tennis Assosiasiyasının (USTA) çempionatında komanda yarışında 1-ci yerə, fərdi yarışda isə 2-ci yerə layiq görülüblər. Qızlarımın məktəbdəki tennis komandası da Nevada ştatı üzrə 1-ci yeri tutub. ABŞ-ın “Las Vegas Review-Journal" nəşri övladlarım haqqında geniş xəbər yayımlayıb. Sabrina və Zarina 8 yaşından tennislə məşğul olurlar və bu, onların ilk uğuru deyil. Onlar indiyədək beynəlxalq yarışlarda 40-dan çox mükafat qazanıblar. Sabrina və Zarinanın ən böyük arzusu peşəkar tennisçi kimi yetişmək, dünyada ən nüfuzlu tennis turniri sayılan “Böyük Dəbilqə” yarışlarında vətənimiz Azərbaycanı təmsil etməkdir. Onlar qazandıqları bütün qələbələrini Azərbaycana həsr ediblər və bundan sonra da onları bayrağımızı ucaldaraq qeyd etmək istəyirlər”.

Ü.Novruzov deyir ki, övladları ABŞ-da anadan olsalar da, məsafələr onları Azərbaycandan uzaq salmayıb. “Onlar ABŞ-da anadan olsalar da, Azərbaycan dilində danışır və milli adət-ənənələrimizlə böyüyürlər. Vətəndən uzaqda olsaq da, məsafələr heç nəyi dəyişməyib və biz Azərbaycanla nəfəs alırıq”, - deyə o qeyd edib./redaktor.az







Starxeber Bizi instagramda izləyin