Türkiyədə yeni növ koronavirusdan (COVID-19) son sutka ərzində 197 nəfər ölüb.
Operativ24.Az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, son 24 saatda simptomları müəyyən edilməyən xəstələrlə birlikdə daha 24 898 nəfər COVID-19 infeksiyasına yoluxub, 24 360 nəfər isə sağalıb.