Bakıda güclü külək yük avtomobilinin aşmasına səbəb olub.
Operativ24.Az xəbər verir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Belə ki, hərəkətdə olan yük avtomobili güclü küləyin təsirindən minik avtomobilinin üzərinə aşıb.
Qəza nəticəsində hər iki avtomobilə ziyan dəyib.