17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
“Dünya bioterror hücumlarına hazırlaşmalıdır” - Bill Qeyts
Dünya 5.11.2021 1 991

“Dünya təkcə yeni pandemiyalara deyil, həm də koronavirusun yayılmasından daha təhlükəli ola biləcək bioloji silahlardan istifadə etməklə mümkün terror hücumlarına hazırlaşmalıdır”.


“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Microsoft”un qurucusu Bill Qeyts bildirib. O qeyd edib ki, yeni təhlükələrə qarşı mübarizə aparmaq üçün epidemioloji təhlükəsizlik tədqiqatlarına və yoluxucu xəstəliklərlə mübarizə üçün xüsusi mexanizmlərin hazırlanmasına milyardlarla dollar xərclənməlidir. 

Bill Qeyts Ümumdünya Səhiyyə Təşkilatını epidemioloji vəziyyətə nəzarət etmək üçün xüsusi işçi qrup yaratmağa çağırıb. Onun fikrincə, bu struktur həm də bioterrorçuların mümkün hücumlarına hazırlaşa, onların nəticələrinin aradan qaldırılması üçün ssenarilər tətbiq edə bilər: 

 

“ÜST-nin Pandemiya üzrə İşçi Qrupunun ildə təxminən bir milyard dollara ehtiyacı olacaq. Bu qrum “bakterioloji təlimlərə” nəzarəti həyata keçirəcək”.

Qeyts bioloji silahların tətbiqi ilə terror aktları təhlükəsinin qarşısının alınmasının vacibliyini belə izah edib:

“Bioterrorçular 10 hava limanına çiçək xəstəliyi yaysalar necə? Dünyanın buna necə cavab verə biləcəyini bilirikmi? Təbii epidemiyalar və bioterrorizmin yaratdığı epidemiyalar var. Sonuncu, indi yaşadığımızdan da pis ola bilər...

 Ümid edirəm ki, beş ildən sonra “Biz növbəti pandemiyaya hazırıq” adlı kitab yaza biləcəyəm, lakin bunun üçün araşdırmalara milyardlarla dollar xərcləmək lazımdır. Buna ABŞ və Böyük Britaniya qoşulacaq”.







Starxeber Bizi instagramda izləyin