Həsrət Cəfərov dünya çempionu oldu

Serbiyanın paytaxtı Belqradda 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.


Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov debütdə meksikalı rəqibini məğlub edib.

Cəfərov daha sonra Rumıniya idmançısına tam üstünlüklə qalib gələrək 1/4 finala yüksəlib. Qazaxıstan idmançısına da heç bir şans tanımayan Həsrət adını yarımfinala yazdırıb. Türkiyə güləşçisindən də güclü olan həmyerlimiz dünya çempionatının finalına yüksəlib.

 

Noyabrın 3-də həlledici görüşdə İran pəhləvanıyla münasibətləri aydınlaşdıran Cəfərov gərgin keçən mübarizədən minimal fərqlə olsa da, qalib ayrılıb.

Beləliklə, 19 yaşlı Həsrət 23 yaşadək güləşçilər arasında dünya çempionu olan ilk yunan-Roma güləşçimiz kimi adını tarixə yazdırıb.

Xatırladaq ki, Cəfərov bu ilin avqustunda Ufada gənclər arasında keçirilən dünya çempionatında da qızıl medal qazanıb. 



Showxeber Bizi instagramda izləyin



İdman 4.11.2021 141
Bütün Xəbərlər