17:23 Tanınmış iş adamı Fikrət Əliyev 4 kəndin qaytarılması ilə bağlı paylaşım etdi  |     16:19 “Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdi  |     22:08 Şəhid İlqar Əhmədova həsr olunan kitab təqdim olundu - FOTOLAR  |     21:40 "Ganjavi Holding"in təsisindən 3 il ötür  |     15:26 Zəfərnamə: 4-dən 44-ə  |     20:39 Yoxlamalar başlasın, “həmkar”larımız düşüncə cinayəti törədir - ÇAĞIRIŞ  |     10:46 Daim 23 yaşında qalacaq Albert Aqarunov  |     14:17 Azərbaycan və Gürcüstan xalqları əsrlər boyu Cənubi Qafqaz regionunda dostluq, qardaşlıq, mehriban qonşuluq şəraitində yaşayırlar  |     19:22 Kamilə Əliyeva: "Azərbaycan son dövrlər mütəmadi olaraq nüfuzlu beynəlxalq Forumlara ev sahibliyi edir"  |     11:21 Planlarına ikinci baharı yaşadacaq kredit təklifi!  |     11:20 Qanunvericiliyin tələblərini pozan internet provayderlər barəsində məsuliyyət tədbiri görülüb  |     10:31 Emin Əmrullayev öz qələmini necə qırır... - Üzrü günahından betər  |     18:13 “Nar” sərfəli mobil operator mövqeyini qoruyur  |     11:43 Şəhid ailələri və qazilərə həsr olunmuş Novruz şənliyi  |     16:06 Kamilə Əliyeva: Azərbaycan Respublikasının Milli Məclisi də ölkəmizdə aparılan islahatlardan kənarda qalmadı  |     14:22 Samirə Qasımovanın doğum günüdür!  |     16:08 Bakı Milli Geyim Evi Parisdə - Qarabağın milli geyimləri nümayiş etdirilib  |     15:27 İlham Əliyev hər zaman Azərbaycan qadınlarının ölkəmizin ictimai-siyasi həyatında fəal rol oynamalarına böyük diqqət ayırır  |     10:38 “Loqos” Psixoloji və Nitq Mərkəzi 10 yaşını qeyd edib  |     17:28 “Nar” Qarabağda infrastrukturun genişləndirilməsi üçün keçirdiyi layihələrə görə mükafata layiq görülüb  |    
Rza Zərrabın ABŞ-da necə sərbəst buraxıldığı ortaya çıxdı - DETALLAR
Dünya 3.11.2021 373

ABŞ-ın İrana qarşı iqtisadi sanksiyalarını pozmaqda ittiham olunan və Nyu-Yorkun Cənub Bölgəsi Federal Məhkəməsində mühakimə olunan Rza Zərrabın necə azadlığa buraxıldığı bəlli olub.


Operativ24.Az xəbər verir ki, Zərrab 2018-ci ildə girov müqabilində mühakimə olunmaq üçün məhkəməyə müraciət edib və hakim ərizəni qəbul edib.

Nyu-York Cənub Dairəsinin hakimi Riçard Berman Rza Zərrabın zaminə buraxılması ilə bağlı sənədləri elektron şəkildə dərc edib. 22 yanvar 2018-ci il, 17 iyul 2018-ci il və 5 may 2020-ci il tarixlərində açıqlanan sənədlərə görə, ərizəsi qəbul edilən Zərrab şərti zaminə buraxılıb.

Hakim Berman da son yazılı sərəncamında indiyə qədər Zərrabın zaminə buraxılması ilə bağlı sənədlərlə bağlı məxfilik qərarını ləğv etdiyini açıqlayıb. Məhkəmə faylındakı qeydlərə görə, Zərrab zaminə buraxılması üçün 5 milyon dollarlıq zəmanət məktubunu məhkəməyə təqdim edib.

Türkiyə  mətbuatında yer alan xəbərlərə  görə, məhkəmə onun zaminə buraxılmasına bəzi məhdudiyyətlər qoyub. Belə  ki,  müstəntiqlər və FTB əvvəlcədən xəbərdarlıq və ya icazə olmadan istənilən vaxt Zərrabın evində axtarış apara biləcək.

Zərrab prokurorluğun verdiyi mobil telefondan və kompüterdən istifadə edə bilər. Zərrab yalnız Florida və Nyu-Yorkun müəyyən olunmuş ərazilərində icazəsiz səyahət edə biləcək. Müxtəlif yerlərə getməli olsa, prokurorluqdan icazə alacaq.

Qeyd edək ki, Azərbaycan əsilli  iş adamı Rza Zərrab 2013-cü il 17 dekabr tarixində "böyük rüşvət" əməliyyatında saxlanılıb. Rza Zərrab Türkiyənin İrana çirkli pullar ötürdüyü, qızıl qaçaqmalçılığı etdiyi və digər cinayət xarakterli əməllərdə adının hallandığı iddia edilərək həbs edilib. Daha sonra o şərti azadlığa buraxılıb./unikal.org







Starxeber Bizi instagramda izləyin